Modern.az

Sabir Rüstəmxanlı Güney azərbaycanlılarına təşəkkür etdi

Sabir Rüstəmxanlı Güney azərbaycanlılarına təşəkkür etdi

Diaspor

3 Oktyabr 2020, 13:13

Güney Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycan ordusuna öz dəstəklərini bildirmək üçün Təbrizdə yürüş keçirdilər. Onlar İran hakimiyyətinin təzyiqlərinə məruz qalsalar da, Azərbaycana sevgilərini göstərməkdən çəkinməyiblər.

 

Bu barədə Modern.az-a danışan deputat Sabir Rüstəmxanlı deyib ki, İran rejiminə baxmayaraq cənubdaki soydaşlarımızın milli hissləri həmişə güclü olacaq:

“Bütün dünya azərbaycanlıları, eləcə də cənubda yaşayan soydaşlarımız olanlara biganə qala bilməzdi. Onların milli hissləri, sözsüz ki, İranın siyasi həyatından fərqlidir. Soydaşlarımız İran yolu ilə Ermənistana hərbi yardım göstərilməsinə də öz etirazını bildirərək vətənpərvərliklərini bir daha nümayiş etdirdilər. Təəssüf ki,  İran rejimi türkçülüyə, Azərbaycan devisinə qınaqlıqla yanaşır. Buna baxmayaraq, xalq öz sözünü deyir və bu milli hisslər getdikcə böyüyəcək. Qarabağ uğrunda tək bizim deyil, həm də bütün dünya azərbaycanlılarının ürəyi döyünür”.

 

Deputat baş verənlərə görə soydaşlarımıza öz təşəkkürünü bildirib və bu yolda daima irərləmələrini arzulayıb.

 

Fidan ƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı