Arxiv
4 Oktyabr 2020, 12:22 | DİASPOR
Rusiyadakı diasporumuzdan Azərbaycana dəstək

Rusiyada fəaliyyət göstərən Azərbaycan icmaları Konfederasiyası Ermənistanın Azərbaycana qarşı təxribatları və Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.

 

Modern.az  xəbər verir ki, Azərbaycan ziyalılarının nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi əməliyyatlar zamanı həlak olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və xalqımıza başsağlığı verilib.

 

Dəyirmi masanı giriş sözü ilə açan Rusiyadakı Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov qonaqlara Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlar törətməklə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyduğu barədə ətraflı məlumat verib: 

 

“Atəşin dayandırılması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. İndiyə qədər Cəbrayıl və Füzuli rayonlarında 7 kənd işğaldan azad edilib, Murovdağ və Talış kəndi ətrafındakı əsas yüksəkliklər nəzarətə götürülüb”.

 

Tədbirdə professor Kamran Rüstəmov, Azərbaycan diasporunun nümayəndəsi, vəkil İlqar Hacıyev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Əməkdar ixtiraçı, RF-in fəxri neftçisi Əzizağa Şahverdiyev, hüquq müdafiəçisi (Strasburq məhkəməsi I İnsan hüquqları üzrə Beynəlxalq məhkəmə) Nərgiz Abdullayeva, N.K.Baybakov adına Beynəlxalq ictimai fondun idarə heyətinin sədri Aleksandr Romaşin, RF XİN MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin sədri Abuzər Bağırov və başqaları çıxış ediblər.

 

1986-1987-ci illərdə Azərbaycanın avtomobil nəqliyyatı naziri vəzifəsində çalışmış Yuri Şedrin deyib ki, həddən artıq çox vaxt keçib və sülh danışıqları hadisələrin gedişinin müsbət dəyişiklərə gətirib çıxarmasına təsir etməyib: “Azərbaycana hücum ediblər və öz ərazisini, dinc əhalisini müdafiə etməkdan başqa yol qalmayıb. Qarabağ Azərbaycandır, ədalət zəfər çalmalıdır!”.

 

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

 

Müraciətdə deyilir:  “Hörmətli cənab Prezident! Biz, azərbaycanlılar, həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin həyata keçirdiyiniz siyasətə tam dəstəyimizi ifadə edirik. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan xalqının müqəddəs borcudur. Biz əminik ki, tezliklə həmin zaman gələcək. Sizin adınız qızıl hərflərlə böyük Azərbaycan xalqıının tarixinə əbədi yazılacaq! Biz bir qarış torpağımızı da verməyəcəyik!”.

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı 20 Yanvar 2021, 11:42 Baş Konsulluq 20 Yanvarla bağlı qısa film hazırlayıb - VİDEO 20 Yanvar 2021, 11:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı 20 Yanvar 2021, 11:32 Şuşanın azad edilməsi gün şəhidlərimizin ruhu rahatlıq tapdı - VİDEO 20 Yanvar 2021, 11:26 “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40