Modern.az

Türkiyədə yaşayan ermənilərdən xəbər - Özlərini necə GİZLƏDİRLƏR...

Türkiyədə yaşayan ermənilərdən xəbər - Özlərini necə GİZLƏDİRLƏR...

7 Oktyabr 2020, 11:32

"Türkiyədə yaşayan ermənilərin mövqeyi sosial şəbəkədə çox aqressivdir. Ancaq gerçək həyatda düşüncələrini göstərməməyə çalışırlar".


Bu fikirləri Modern.az-a Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məshəti Şərif deyib.

"Bura Türkiyə Cümhuriyyətidir, burda Türkiyəyə qarşı, Azərbaycana qarşı baş qaldıra bilməzlər. Çünki bununla öz dövlətlərinin qanunlarına qarşı çıxmış olacaqlarını, eyni zamanda nəticəsinin ağır  olacağını yaxşı bilirlər.

Türkiyədə bəzi məhəllələr var ki, ermənilər orada toplu halda yaşayır.

Azərbaycanlılar mitinq, müxtəlif aksiyalar keçirir, onlarda bu cür hərəkətlilik yoxdur. Sakitçiliklə qarşılayırlar, hətta bir neçə erməni öz Twitter hesabından "biz Türkiyə vətəndaşıyıq, bu müharibədə Türkiyə dövlətinin  yanındayıq" statusu paylaşıb.

Bununla yanaşı, fiziki olaraq hərəkətlilik göstərməyib, sosial mediada aktiv olan ermənilər var. Bu gün onların “tvit”lərilə rastlaşdım, yazırlar ki, artıq Türkiyədə əvvəlki kimi deyillər, evlərində qorxaraq yaşamağa başlayıblar.

Türklər isə onlara cavab yazıblar ki, Türkiyə siyasətini dəstəkləyən vətəndaşlarla heç kimin işi yoxdur. Əgər bu vətəndaşlar Azərbaycanın haqq davasını dəstəkləməzlərsə, onlara qarşı çıxacaqlar”.


Məhsəti Şərif bildirib ki, Türkiyədə ermənilərin "Aqos" qəzeti var ki, çox yüksək tirajla çıxır və Türkiyə cəmiyyətində oxunan bir media orqanıdır:

“Qarabağ məsələsi başlayanda “Aqos” qəzeti daha aqressiv idi. Ermənistana bu davada haqq qazandırmağa çalışırdı. Ermənistanın işğalını “haqq davası” adlandırırdı.

Amma son vaxtlar “Aqos” qəzetinə baxdıqda onun da Türkiyənin  tutumlu siyasətindən çökdüyü hiss olunur. Ən azından mövqesiz xəbər verməyə çalışırlar. Ermənistanla bağlı  xəbərlərə daha çox üstünlük verirlər, amma "Ermənistanın haqq davası"  və s. kimi ifadələr istifadə olunmur.

Və buna da səbəb Türkiyənin mövqeyidir. “Aqos” qəzeti Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən media qurumudur. Qəzetdə işləyənlər də Türkiyə vətəndaşlarıdır. İndi sanki bir az gözləmə mövqeyində dayanıblar.

Türkiyədə "Müsəlman erməniləri" təşkilatı var, onlarda aqressivlik daha çox özünü göstərir. Guya, Osmanlı dövründən qalmış və müsəlman olan Türkiyəyə qarışmış ermənilərdir.

Onların mövqeyi sadəcə sosial şəbəkədə hiss olunur. Mövqelərini açıb göstərməməyə çalışırlar. Məsələn “Aqos” qəzetinin bir həftə əvvəlki mövqeyi ilə indiki mövqeyi çox fərqlənir. Bir həftə öncə "Ermənistanın haqq davası" yazan qəzet, indi sadəcə xəbərlər paylaşır”.

 

Jurnalist əlavə edib ki, Türkiyədə sosial mediada çox ciddi bir savaş gedir:

"Türkiyə gündəmini Facebook deyil, Twitter müəyyənləşdirir. Dünya gündəmini də artıq Twitter müəyyən edir. Çox təəssüf edirəm ki, Azərbaycanda Twitter mübarizəsi bir az zəifdir. İndi bir az aktivləşmə başlayıb.

Xüsusilə Azərbaycan Prezidnetinin “tvit”lərindən sonra Twitter-ə böyük axın başladı.

Hər halda mənə elə gəlir ki, Türkiyədə ermənilər sanki nəyisə gözləyirlər. Hələlik isə özlərini gizlətməyə çalşırlar. Amma biz ermənilərin nə mal olduğunu yaxşı bilirik”.

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu