Arxiv
9 Oktyabr 2020, 10:06 | PARLAMENT
Allah ordumuzu və Azərbaycan sevənləri qorusun!  

Yaşamaqda olduğumuz bu günlər həqiqətən də müstəqil Azərbaycan dövlətçiliyi tarixinə şərəf və qürur səhifələri kimi yazılacaq.

 

30 il boyunca davam edən işğal faktı təkcə ərazi bütövlüyümüzün pozulması demək deyildi. Bu, təkcə hərbi təcavüzdə demək deyildi, təkcə müstəqilliyimiz hədəfə alınmamışdı. Milli qürurumuza qəsd olunmuşdu. Dünya dövlətləri və xalqları arasında tarixən haqq etdiyimiz ləyaqətli duruşumuzun sındırılmasına cəhd göstərilmişdi.Bütün bunlar yaşadığımız illərin acı həqiqətləridir.Bu tarixi günlərdə keçirdiyimiz hisslər isə, 30 il ərzində hər bir azərbaycanlının, Azərbaycan xalqının hər keçən gün yaşadığı mənəvi iztirabın, qürur sınıqlığının canımızdan çıxmaqda olan acısının hər birimizə gətirdiyi mənəvi rahatlıq və tarazlığın ifadəsidir.

 

     İstər 1-ci Qarabağ savaşında, istərsə də atəşkəs dövründə minlərlə şəhid verdik,qazilərimiz var. Bu gün də şəhid veririk. Lakin şəhidsiz Milli Qürur qorunmur, ləyaqətli Qələbə qazanılmır, ərazi bütövlüyü hədiyyə edilmir. Milyona yaxın qaçqın və köçkünümüzün intizarına, Qarabağ intizarımıza son qoyulması naminə veririk şəhidlərimizi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, ana və bacılarımıza, ata və qardaşlarımıza, xalqımıza səbr versin. Şəhidlik Zirvəsinə ucalanlar Azərbaycanın əbədi qürur mənbəyidir!

 

     Prezident cənab İlham Əliyev oktyabrın 7-də “CNN-Türk” televiziyasına verdiyi müsahibədə belə bir fikir söylədi: “Bizə beynəlxalq platforma verilmir.Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tuturlar və münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Ona görə,fürsətdən istifadə edərək qardaş Türkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri çatdırır”.

 

Dövlətimizin başçısının bu açıqlaması onu göstərir ki,Ordumuzun uğurlu əks əməliyyatları nəticəsində ardıcıl hərbi məğlubiyyətin bizə tanış olan acısını artıqlaması ilə yaşayan işğalçı Ermənistanın avantürist və təcavüzkar siyasi hakimiyyəti kürəyini yerə vurmamaq üçün vurnuxur, dinc oturmur, həmişə olduğu kimi,yenə də xarici havadar axtarışındadır. Amma xeyri yoxdur, bu dəfəki çabalamaları əbəsdir.

 

Çünki Prezident və Ali Baş Komandan İlham Əliyevin,onun rəhbərlik etdiyi Ordumuzun və Azərbaycan xalqının apardığı mübarizə haqq uğrunda olan mübarizədir, tarixi ədalətin bərpası naminə verilən savaşdır. Bu Vətən müharibəsində haqq da,beynəlxalq hüquq da Azərbaycan dövlətinin tərəfindədir. Uca Tanrı haqqı nahaqqa heç vaxt qurban verməyib və möhtac etməyib, inşəallah, indi də etməz!

 

     Dövlətimizin başçısı qeyd etdiyi kimi,düşmən döyüş meydanında hərbi məğlubiyyətlərin acısını yaşasa da, informasiya savaşında müqavimət göstərir, ən çirkin üsullara və təxribatlara əl atır. Ermənistan bununla yanaşı hərbi təxribatlarını da davam etdirir. Döyüş bölgəsindən onkilometrlərlə uzaqlıqda yerləşən Gəncəyə, Mingəcevirə,Yevlaxa, Xızıya və Abşerona,digər rayonlarımıza Ermənistan ərazisindən atılan  raketlər, kasetli bombalar təkcə beynəlxalq konvensiyaların və beynəlxalq humanitar hüquq normalarının pozulması demək deyil, bunun adı müharibə və insanlığa qarşı cinayətdir.Bütün bunlara baxmayaraq,Ordumuz uğurlu hərbi əməliyyatlarını məhz Azərbaycan ərazisində, Qarabağda davam etdirir. Xalqımızı haqq etdiyi həlledici Böyük Qələbə gününə, Qarabağa, qədim Şuşamıza, Xanın kəndinə qovuşdurmaq üçün, qondarma Stepan adını toponim olaraq Azərbaycan, Qarabağ tarixindən birdəfəlik silmək üçün.

 

Prezident İlham Əliyev “CNN-Türk” televiziyasına müsahibəsində xalqımızın qürur duyduğu bir tarixi məqama xüsusi diqqət yetirdi:”Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün”.

 

      Allah bu haqq və ədalət savaşında Ordumuza və Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri, haqqın yanında olanları qorusun!

 

Milli Məclisin deputatı

Ülvi Quliyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri 26 Oktyabr 2020, 17:48 Ermənistanın kvadrokopteri məhv edilib 26 Oktyabr 2020, 17:42 Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək 26 Oktyabr 2020, 17:38 Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06