 
                                Azərbaycan əsgəri yeni tarix yazır! 
 Müdafiə Nazirliyi cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimizi tanıtmaqda davam edir. 
Nazirlikdən Modern.az-a verilən açıqlamada əsgər Hünər Məmmədovdan bəhs edilib.
"Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. 
O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!".