Arxiv
13 Oktyabr 2020, 14:40 | ƏDƏBİYYAT
Afaq Məsud dünya yazıçılarına müraciət etdi

Müraciət türk, rus, ingilis, alman, ərəb, fransız və ispan dillərində Türkiyə Yazarlar Birliyinin sədri Musa Kazım Arıcana, Rusiya Federasiyası Yazıçılar İttifaqının sədri Nikolay İvanova, Ukrayna Respublikası Yazıçılar İttifaqının sədri Mixail Sidorjevskiyə, Belarus Respublikası Yazıçılar İttifaqının sədri Nikolay Çerniqetsə, Gürcüstan Respublikası Yazıçılar İttifaqının sədri Makvala Qonaşviliyə, Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Angelova, Estoniya Respublikası Yazıçılar İttifaqının sədri Tiyt Alekseyevə, Latviya Respublikası Yazıçılar İttifaqının sədri Arno Yundzeyə, Litva Respublikası Yazıçılar İttifaqının sədri Birute Yonuşkayte-Auqustinenə, Serbiya Yazıçılar İttifaqının sədri  Radomir Andriçə, Slovakiya Yazıçılar İttifaqının sədri Miroslav Belikə, İspaniya Krallığı Yazıçılar İttifaqının sədri Manuel Rikoya, Avstriya Yazıçılar İttifaqının sədri Marianne Qruberə, Almaniya Yazıçılar İttifaqının sədri Lena Falkenxagenə, İsveçrə Konfederasiyası Yazıçılar İttifaqının Prezidenti Nikolas Couchepinə, Meksika Birləşmiş Ştatları Yazıçılar İttifaqının sədri Euxenio Agirreyə, Argentina Respublikası Yazıçılar İttifaqının sədri Alexandro Vakkaroya, Kuba Respublikası Yazıçılar İttifaqının sədri Migel Barnetə, Fransızdilli Yazıçılar Assosiasiyasının sədri Jak Şevryeyə, Suriya Yazıçılar Birliyinin sədri Malik Sakura, İordaniya Yazıçılar və Ədiblər Birliyinin sədri Alyan Eladvana, Misir Yazıçılar Birliyinin sədri və Ərəb Yazıçılar Birliklərinin baş katibi D.Ala Abdul Hadiyə, Birləşmiş Ərəb Əmirliklərinin Yazıçılar və Ədiblər Birliyinin sədri Alhanof Muhammedə, Fələstin Yazıçılar Birliyinin       sədri  Murad Əlsudaniyə, Birləşmiş Krallıq Yazıçılar Assosiasiyasının prezidenti Sandi Toksvik Obeyə, Macarıstan  Yazıçılar Birliyinin sədri Sentmartoni Yanoşa göndərilib.

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

 

- Əziz həmkarlarım!

 

Sizi bədii yaradıcılığın, böyük ədəbiyyatın başlıca meyarı olan İnsan və İnsanlıq naminə səsinizi ucaltmağa, uzun illər boyu Azərbaycan torpaqlarında törədilən erməni vəhşiliyinə, insani, milli, bəşəri dəyərlərin məhvinə yönələn amansız erməni terroruna “Yox!” deməyə çağırıram! Bu gün 30 ildən çox müddət ərzində işğal altında olan əzəli torpaqları uğrunda döyüşən Azərbaycan ordusuna, onun dinc əhalisini qırmaqla cavab verən məkrli erməni siyasətinin tarixi kökləri hələ ötən əsrin əvvəllərinə – torpaq və ərazi iddiasıyla on minlərlə günahsız azərbaycanlının öz torpaqlarında – şəhər və kəndlərində qətlə yetirildiyi 1905–1906-cı illərə təsadüf edir. XIX əsrin əvvəllərində Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə bağlanmış 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsinin şərtlərinə uyğun olaraq, taleyin qara yazısıyla Azərbaycana – onun İrəvan xanlığının yerləşdiyi əzəli torpaqlarına (indiki Yerevana) köçürülən, sovet rejimi dövründə həmin ərazidə özünə “Sovet Ermənistanı” dövlətini yaradan bu millətin torpaq və ərazi iddialarıyla Azərbaycanda 1918–1920-ci, 1948–1953-cü, 1988–1994-cü illərdə törətdiyi ən dəhşətli deportasiya və soyqırımlardan biri də 1992-ci ildə Azərbaycanın bütöv bir şəhərinin Yer üzündən silindiyi, qadınların, uşaqların xüsusi işgəncələrlə qətlə yetirildiyi dəhşətli Xocalı soyqırımıdır ki, həmin hadisənin davamı bu gün bütün dünyanın gözü qarşısında uzaqmənzilli raket atəşi zərbələriylə Azərbaycanın böyük şəhərlərində, kənd və rayonlarında həyata keçirilir. Yerli dinc əhali, körpələr, qadınlar, uşaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrinə atılan raketlər və ağır artilleriya zərbələri nəticəsində həyatlarını itirir. Müstəqilliyə yenicə qədəm qoyduğu mürəkkəb 90-cı illərdə ölkədə yaranmış qeyri-stabil ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək Azərbaycanın əzəli torpaqlarının bir hissəsini işğal edən, bu illər ərzində BMT-nin Azərbaycanın ərazi bütövlüyünün tanıdılmasına dair 4 qətnaməsini havadarlarına arxalanaraq saya salmadan, azərbaycanlılara qarşı  çirkin etnik təmizləmə əməliyyatını həyata keçirməyə davam edən erməni vandalların heç bir çərçivəyə, insani, əxlaqi normalara sığmayan əməllərinə hüquqi və obyektiv qiymət verilməsi, dünyanın gözü qarşısında törədilən bu tarixi ədalətsizliyin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsi uğrunda haqq səsinizi ucaltmağınızı xahiş edirəm!

 

Xocalıda törədilən erməni vəhşilikləri və Gəncə hadisəsinin şəkilləri müraciətə əlavə olunur.

 

Afaq Məsud

Azərbaycan  yazıçısı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalq müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42 Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular 26 Oktyabr 2020, 14:36 “Heydər Əliyev vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı” - Prezident 26 Oktyabr 2020, 14:30