Modern.az

Yeni açılacaq metrostansiyaya Polad Həşimovun adı veriləcək? - Rəsmi cavab

Yeni açılacaq metrostansiyaya Polad Həşimovun adı veriləcək? - Rəsmi cavab

İqtisadiyyat

15 Oktyabr 2020, 12:48

Metronun şərti adı  B-3  olan stansiyaya  şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinə çoxsaylı müraciətlər daxil olur.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədov qeyd edib ki, ictimaiyyət tərəfindən edilən müraciətlər həddindən çoxdur:

"Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu barədə rəsmi olaraq bununla bağlı heç bir məlumat yoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir