Modern.az

Çikaqoda Azərbaycan bayrağı qaldırılıb - FOTO  

Çikaqoda Azərbaycan bayrağı qaldırılıb - FOTO  

Diaspor

19 Oktyabr 2020, 13:12

Çikaqoda Azərbaycan bayrağı qaldırılıb.

 

Modern.az xəbər verir ki, oktyabrın 18-də Azərbaycanın Müstəqillik günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız havaya qaldırılıb. 

 

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunan tədbirdə təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib. Bununla da dünya azərbaycanlılarının həmrəyliyi əks etdirilib, Amerika ictimaiyyətinin diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsinə cəlb edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır