Modern.az

Gəncə gəncləri balaca Xədicəyə dəstək olublar - FOTO

Gəncə gəncləri balaca Xədicəyə dəstək olublar - FOTO

21 Oktyabr 2020, 14:48

Sentyabrın 27-də cəbhədə döyşlərin başladığı vaxtdan minlərlə Azərbayacanlı gənclər kimi YAP Gəncə şəhər təşkilatının fəal gəncləri, könüllüləri arxa cəbhədə Vətən qarşısında borclarını yerinə yetirməyə çalışır,əllərindən gələn köməklikləri əsirgəmirlər. Onlar şəhər sakinləri arasında təbliğat və maarifləndirici tədbirlərin həyata keçirilməsində, düşmənin informasiya təxribatlarının qarşısının alınmasında, Vətən uğrunda canlarından keçən şəhidlərin dəfnində, ağır artilleriya və raket atəşinə tutulmuş, yaşayış yerlərini müvəqqəti tərk etmək məcburiyyətində qalmış və müəyyən təhlükəsiz yerlərdə yerləşdirilmiş uşaq, qadın və qocalara humanitar kömək göstərilməsində, onlara dərman, gigyenik vasitələri paylanmasında, ərzaqla təmin edilməsində gənclər böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

 

Modern.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının yerlə yeksan edildiyi, dinc sakinlərin qətlə yeirildiyi, yaralandığı hər terror aktında YAP Gəncə şəhər təşkilatının gəncləri ziyan görmüş mülki vətəndaşların, gözü yaşlı saknlərin yanında olub, onlara dəstək olmağa çalışıblar. 

 

Bu dəfə gənclər oktyabrın 17-də erməni silahlılarının Gəncəyə atdığı raket zərbəsindən həlak olan Şahnəzorovlar ailəsindən yeganə sağ qalan balaca Xədicəyə baş çəkiblər.

 

Gənclər gördükləri dəhşətdən hələ də özünə gələ bilməyən balaca Xədicəyə müxtəlif oyuncaqlar, gəlinciklər hədiyyə edərək, körpəyə maddi və mənəv dəsək olmağa çalışıblar.

 

Qeyd edək ki, həmin gecə Xədicə Şahnəzərovanın atası, anası və yaşyarımlıq bacısı Mədinə erməni vandalizminin qurbanı olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir