Modern.az

Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı

Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı

Aktual

23 Oktyabr 2020, 00:40

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov oktyabrın 23-ü Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona səfərə yollanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TASS"a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

"Xüsusi tapşırıqlar üzrə səfirimiz İqor Popov Vaşinqtona yollanıb. Orada oktyabrın 23-ü onun ABŞ nümayəndələri ilə Qarabağ üzrə danışıqları olacaq. Həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısı da baş tutacaq", - deyə S.Ryabkov bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır