Modern.az

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA

24 Oktyabr 2020, 09:40

Dünyada 42 490 278 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Worldometers" onlayn statistikasında qeyd olunur.

 

Virusdan 1 149 237 xəstə ölüb, 31 427 585 nəfər sağalıb.

 

Asiyada 12 983 722, Şimali Amerikada 10 482 747, Cənubi Amerikada isə 9 274 079 nəfərdə virus aşkarlanıb.

 

Virusa yoluxma sayı 1 milyonu keçən dövlətlər ABŞ (8 746 953 nəfər), Hindistan (7 814 682 nəfər), Braziliya (5 355 650 nəfər), Rusiya (1 480 646 nəfər) İspaniya (1 110 372 nəfər), Argentina (1 069 368 nəfər) və Fransadır (1 041 075).

 

İranda 556 891, Türkiyədə 357 693, Ermənistanda 73 310, Gürcüstanda isə 24 562 nəfərdə koronavirus müəyyən edilib.

 

Azərbaycanda koronavirusa yoluxan 48 221 nəfərin 656-sı ölüb, 40 831-i sağalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır