Modern.az

Qazax şairlərdən Azərbaycana DƏSTƏK

Qazax şairlərdən Azərbaycana DƏSTƏK

Aktual

25 Oktyabr 2020, 02:09

Alpamış FAYZOLLA

(Azərbaycan xalqına)

Göy qurşağı ağısı

Azərbaycan!

Qazax- qıpçaq, sən- oğuz .

Türk, qırğız, özbək,  türkmən, qaqauz -

Hamımız övladıyıq

Mavi gözlü boz qurdun.

Qorxular da yox olar,                                   

Bizim atəşimizdən.

 

Ta əzəldən  Ötükən Vətənimiz ,                

Çox uludur laylamız ,dastanımız.         

Xəzər adlı dənizimiz, yurdumuz var,              

O yurdlarda ta qədimdən qurdumuz var.        

 

Tale çox vaxt üzümüzə gülmədi,

Lakin Boz qurd yurdu yada vermədi.

Canın verdi torpaq üçün nər qazax,

Torpaq nədir yaxşı bilir, ər qazax.

 

Oğuz eli  Qarabağda savaş var,

Qardaşımın  yurdunda od qalanıb.

Nə yatmısız, nə durmusuz, qazaxlar,

Bir oğuzun ata yurdu talanıb.

 

Göy qurşağı başım üstə dayandı,

Göydən baxıb sanki məni qınadı.

“Köməyinə gedəcəksən qardaşın”...

Yola çıxdım... Göydə günəş parladı.

 

 

*******                                                                                      

 


Kuanış BİLAL

AZƏRBAYCAN TOY EDİR, TOYUNA GEDƏK GƏRƏK

Mən azad olmaram bu gen çöllərdə,

Mənim qardaşlarım azad olmasa.

Mən azad gəzmərəm Göy Səma altda,

Türk oğlu, obası azad olamasa!

Sevinə bilmərəm, sən qəmli olasan,

Eheyyy Türk obası, türkün balası.

 

Parçalara bölünməz, biləyimiz əyilməz,

Sayılan əllərimiz yumruq olub birləşə.

Yaddan imdad istəməz, yada könlünü verməz,

Torpağımız, yurdumuz, əllərimiz birləşsə.

 

Türkün dərdin söylə bir, türkdən başqa kim anlar?

Dünyanın həm dünəni,

Həm bu günü , sabahı,

Görünən uzaqlarım--

Türklərindi hər yanı!

Bir Allaha sığınan Tanrısı , Göy Börüsü,

Türkün alın yazısı

Belə yazdı Göy Tanrı:

Mən türküyəm Turanın,

Qazaxıyam səhranın.

Qartal tək şahə qalxan

Özbəyiyəm  dağların.

Tataram at belində,

Qırğızam göz muncuğu,

Tanrı dağ ətəyində.

Başkurtam baş elimdə,

Türkmən qılınc əlimdə.

Noğayam bərəkətəm,

Adımla  hərəkətəm!

Yakutam saxalarda

Almazım, yaqutumla,

Sevgili Azərbaycan!!!

Biz qardaşlar hamımız

Bir bayrağın ətrafında

Yanında dayanmışıq!

Ey insanlıq , ey bəşər,

Ədalət qara geyər

Ər Türk olmasa əgər!

Biz yaxşıyla yaxşıyıq,

Yamanla da yamanıq!

Düşmən görsək qamçıyıq,

Məzluma arxayıq biz.

Ey Trük oğlu, ey Turan

Şahə qaldır atları,

Dırnaqları çatlatsın laləli səhraları.

Azərbaycan toy edir, toyuna gedək gərək.

Onun zəfər badəsin birlikdə içək gərək!

Yeni Günəş parlayır Turanın üfüqündə,

Bütün dünya bürünsün türkün al şəfəqinə!!!

 

Qazax dilindən  çevirdi: Aida Eyvazlı GÖYTÜRK

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!