Modern.az

Makqreqor Həbibi təbrik etdi

Makqreqor Həbibi təbrik etdi

Aktual

25 Oktyabr 2020, 08:18

Qarışıq döyüş növlərində (MMA) çıxış edən irlandiyalı Konor Makqreqor rusiyalı döyüşçü Həbib Nurməhəmmədovu UFC 254 turnirində amerikalı Castin Qetji üzərində qələbə qazanması münasibətilə təbrik edib.

 

Modern.az bildirir ki, bu barədə o, özünün tvitter mikrobloqunda yazıb:

 

“Yaxşı çıxışdır, Həbib. Bir daha sənin atanın vəfatı ilə bağlı başsağlığı verirəm. Sənə və sənin ailənə. Hörmətlə, Makqreqor”.

 

Qeyd edək ki, UFC-nin çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetji ilə üz-üzə gəlib. 2-ci raundda rəqibinə boğucu fəndlə qalib gələn Nurməhəmmədov bununla da UFC çempionu titulunu qoruyub. O, qələbəsini bu ilin yayında koronavirusdan dünyasını dəyişmiş atasına həsr edib.

 

Bu döyüş rusiyalı idmançı üçün sonuncu olub. Belə ki, Nurməhəmmədov görüşdən sonra karyerasını başa vurduğunu, vaxtının çox hissəsini anası ilə keçirmək niyyətində olduğunu açıqlayıb. Bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir