Modern.az

Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI

Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI

Reportaj

27 Oktyabr 2020, 10:03

Bu gün Qarabağın işğaldan azad edilməsi uğrunda başlayan Vətən Müharibəsinin 1 ayı tamam  olur.

Düz bir ay əvvəl həm Azərbaycan xalqı, həm də onun Müzəffər Ordusu şanlı bir tarix yazmağa başladı. Elə bir tarix ki, onu gələcək nəsillər daim oxuyub fəxr edəcəklər. Elə bir tarix ki, gələcək nəsillər üçün qürur mənbəyi olacaq.

Elə bir tarix ki, dünya onu müasir texnoloji müharibədən danışanda mütləq xatırlayacaq. 

Modern.az xatırladır ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 25-dək 4 şəhər, 3 qəsəbə və 166 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Düşmənin qiyməti 2 milyard dollardan çox olan hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb.

Azərbaycan  Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dünən AzTV vasitəsilə xalqa müraciətində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş yaşayış məntəqələrinin yeni siyahısını açıqladı.

Bu siyahıdan sonra adları rəsmən azad edilmiş yaşayış məntəqələri kimi keçən kənd, qəsəbə və şəhərlərin sayı bir qədər də artdı.

Modern.az saytı sentyabrın 27-dən oktyabrın 27-nə kimi Ermənistanın işğalından azad olunmuş yaşayış məntəqələrinin tam siyahısını təqdim edir:


27 sentyabr

Füzuli rayonu:

Qaraxanbəyli kəndi,
Qərvənd kəndi,
Horadiz kəndi,
Yuxarı Əbdürrəhmanlı kəndi.

Cəbrayıl rayonu:

Böyük Mərcanlı kəndi,
Nüzgar kəndi.

Kəlbəcər rayonu:

Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər.


3 oktyabr

Tərtər rayonu:

Suqovuşan kəndi,
Talış kəndi,

Cəbrayıl rayonu:

Mehdili kəndi,
Çaxırlı kəndi,
Aşağı Maralyan kəndi,
Şəybəy kəndi,
Quycaq kəndi.

Füzuli rayonu:

Aşağı Əbdürrəhmanlı kəndi

4 oktyabr

Cəbrayıl rayonu:

Cəbrayıl şəhəri,
Karxulu kəndi,
Şükürbəyli kəndi,
Çərəkən kəndi,
Daşkəsən kəndi,
Horovlu kəndi,
Mahmudlu kəndi,
Cəfərabad kəndi,
Yuxarı Maralyan kəndi,
Dəjəl kəndi,

5 oktyabr

Cəbrayıl rayonu:

Şıxalıağalı kəndi,
Sarıcallı kəndi,
Məzrə kəndi.

9 oktyabr

Xocavənd rayonu:


Hadrut qəsəbəsi,
Sur kəndi.

Tərtər rayonu:

Çaylı kəndi.


Füzuli rayonu
:

Yuxarı Güzlək kəndi,
Gorazıllı kəndi.

Cəbrayıl rayonu:

Qaracallı kəndi,
Süleymanlı kəndi,
Əfəndilər kəndi,
Qışlaq kəndi.

14 oktyabr

Füzuli rayonu:

Qaradağlı kəndi,
Xatunbulaq kəndi,
Qarakollu kəndi,

Xocavənd rayonu:

Bulutan kəndi,
Məlikcanlı kəndi,
Kəmərtük kəndi,
Təkə kəndi,
Tağaser kkəndi.

15 oktyabr


Füzuli rayonu:


Arış kəndi.


Cəbrayıl rayonu:


Doşulu kəndi.

Xocavənd rayonu:

Düdükçü kəndi,
Edilli kəndi,
Çiraquz kəndi.
Edişə kəndi.


16 oktyabr

Xocavənd rayonu:

Xırmancıq kəndi,
Ağbulaq kəndi,
Axullu kəndi.


17 oktyabr

Füzuli rayonu

Füzuli şəhəri,
Qoçəhmədli kəndi,
Çimən kəndi,
Cuvarlı kəndi,
Pirəhmədli kəndi,
Musabəyli kəndi,
İşıqlı kəndi,
Dədəli kəndi.

18 oktyabr

Cəbrayıl rayonu

Xudafərin körpüsü.

19 oktyabr

Cəbrayıl rayonu:

Soltanlı kəndi,
Əmirvarlı kəndi,
Maşanlı kəndi,
Hasanlı kəndi,
Alıkeyxalı,
Qumlaq kəndi,
Hacılı kəndi,
Göyərçin Veysəlli kəndi,
Niyazqullar kəndi,
Keçəl Məmmədli kəndi,
Şahvəlli kəndi,
Hacı İsmayıllı kəndi,
İsaqlı kəndi.

20 oktyabr

Füzuli rayonu:

Dördçinar kəndi,
Kürdlər kəndi,
Qarğabazar kəndi,
Aşağı Veysəlli kəndi,
Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu:

Safarşa kəndi,
Həsənqaydı kəndi,
Fuğanlı kəndi,
İmanbağı kəndi,
Daş Veysəlli kəndi,
Ağtəpə kəndi,
Yarəhmədli kəndi.

Xocavənd rayonu:

Ağcakənd kəndi,
Mülküdərə kəndi,
Daşbaşı kəndi,
Günəşli kəndi,
Vəng kəndi.

Zəngilan rayonu:

Havalı kəndi,
Zərnəli kəndi,
Məmmədbəyli kəndi,
Həkəri kəndi,
Şərifan kəndi,
Muğanlı kəndi,
Zəngilan şəhəri.

21 oktyabr

Füzuli
 rayonu:

Gecəgözlü kəndi,
Aşağı Seyidəhmədli kəndi,
Zərgər kəndi.

Cəbrayıl rayonu:

Balyand kəndi,
Papı kəndi,
Tulus kəndi,
Hacılı kəndi,
Tinli kəndi.


Zəngilan rayonu:

Mincivan qəsəbəsi,
Xurama kəndi,
Xumarlı kəndi,
Sarıl kəndi,
Babaylı kəndi,
Üçüncü Ağalı kəndi,
Hacallı kəndi,
Qırax Müşlan kəndi,
Üdgün kəndi,
Turabad kəndi,
İçəri Müşlan kəndi,
Məlikli kəndi,
Cahangirbəyli kəndi,
Baharlı kəndi.

22 oktyabr

Füzuli rayonu:

Mollavəli kəndi,
Yuxarı Rəfidinli kəndi,
Aşağı Rəfidinli kəndi.

Cəbrayıl rayonu:

Sirik,
Şıxlar,
Məstəlibəyli,
Dərzili kəndləri.


Zəngilan rayonu:

Kolluqışlaq kəndi,
Malatkeşin kəndi,
Kənd Zəngilan kəndi,
Genlik kəndi,
Vəliqulubəyli kəndi,
Qaradərə kəndi,
Çöpədərə kəndi,
Tatar kəndi,
Tiri kəndi,
Əmirxanlı kəndi,
Qarqulu kəndi,
Bartaz kəndi,
Dəlləkli kəndi,
Ağbənd qəsəbəsi.

23 oktyabr

Xocavənd rayonu:

Dolanlar kəndi,
Bünyadlı kəndi.

Cəbrayıl rayonu:

Dağ Tumas,
Nüsüs,
Xələfli,
Minbaşılı,
Daş Veysəlli.


Zəngilan rayonu:

Vənədli kəndi,
Mirzəhəsənli.


Qubadlı rayonu:

Zilanlı kəni,
Kürd Mahrızlı kəndi,
Muğanlı kəndi,
Alaqurşaq kəndi.

25 oktyabr

Zəngilan rayonu:
 
Birinci Alıbəyli kəndi,
İkinci Alıbəyli kəndi,
Rəbənd kəndi,
Yenikənd kəndi.


Cəbrayıl rayonu:
 

Qovşudlu kəndi,
Sofulu kəndi,
Dağ Maşanlı kəndi,
Kürdlər kəndi,
Hovuslu kəndi,
Çələbilər kəndi.


Qubadlı rayonu:
 

Padar kəndi,
Əfəndilər kəndi,
Yusifbəyli kəndi,
Çaytumas kəndi,
Xanlıq kəndi,
Sarıyataq kəndi,
Mollabürhan kəndi,
Qubadlı şəhəri.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq