Arxiv
27 Oktyabr 2020, 10:34 | DİASPOR
Fuad Muradov Rumıniyanın Dövlət katibi ilə görüşdü

“Bu il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə zonasından kənarda yerləşən yaşayış obyektlərini, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını dəfələrlə raket atəşinə tutub, raket zərbələri nəticəsində mülki şəxslər və azyaşlı uşaqlar həlak olub, Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib.

 

Son məlumata görə, Ermənistanın təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Günahsız körpələrin qətlə yetirilməsi erməni vəhşiliyinin ən bariz nümunəsi, soyqırım və vandalizm aktıdır. Azərbaycan haqq yolundadır, beynəlxalq hüquq çərçivəsində müəyyən olunmuş sərhədləri daxilində hərbi əməliyyat aparır və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz torpaqlarını işğaldan azad edir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rumıniyanın Dövlət katibi, Xaricdəki Rumınlar Departamentinin rəhbəri Ovidiu Burduşa ilə virtual görüşü zamanı deyib.

 

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var” fikrini xatırladaraq, Rumıniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmliyi və inkişaf dinamikasına diqqət çəkib.

 

O, eyni zamanda qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Rumıniya bizi tanıyan ilk dövlətlərdən olub. Elə o vaxtdan ikitərəfli münasibətlər qarşılıqlı anlaşma, dostluq prinsipləri əsasında inkişaf edib və bu gün də ölkələrimiz arasında sarsılmaz dostluq münasibətləri var.

 

Görüşdə Rumıniyada erməni diasporunun Azərbaycan əleyhinə göstərdiyi fəaliyyət, Rumıniyada Azərbaycanın haqlı mövqeyinin daha geniş şəkildə işıqlandırılması, eləcə də diaspor siyasəti sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

O. Burduşa müharibə nəticəsində baş vermiş insan itkisinə görə dərin təəssüf hissi keçirdiyini və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib. Xaricdəki Rumınlar Departamentinin rəhbəri daha sonra dünyanın müxtəlif ölkələrində 6 milyonadək rumının yaşadığını diqqətə çatdıraraq, Azərbaycan ilə Rumıniyanın strateji tərəfdaş olmasından duyduğu məmnunluğu ifadə edib.

 

Görüşdə iştirak edən Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan İanku Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdəki Rumınlar Departamentinin münasibətlərinin dərinləşdirilməsi üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə həmçinin xaricdə yaşayan azərbaycanlıların və bizə dost ölkələrin diasporlarının bu gün dünyanın hər yerində Gəncə terroruna etiraz edərək dinc aksiyalar keçirmələri, öz haqq səslərini ucaltmaları, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəltmək üçün atılan müxtəlif addımlarla bağlı da fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?