Modern.az

Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı

Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı

Aktual

28 Oktyabr 2020, 11:50

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib.

 

Modern.az xəbər verir ki, Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan vəzifəsindən azad edilib. Müvafiq fərmanı baş nazir Nikol Paşinyan verib.

 

Qeyd olunur ki, V. Danielyan bu posta 2019-cu ilin dekabrında təyin edilib.

 

Xatırladaq ki, son iki gün ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan tutduqları vəzifədən azad olunublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir