Arxiv
30 Oktyabr 2020, 13:00 | AKTUAL
Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir - FOTOLAR

İşğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Modern.az-a bildirib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq və münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən  Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb.

 

“Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsünkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib”.

 

Nazirliyin rəsmisi qeyd edib ki, uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi ağır ekoloji terrorla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti indi də ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır. Ermənistan Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətini, qeyri-insani cinayət əməllərini bununla da bir daha nümayiş etdirir.

 

“Ermənistan tərəfindən insanlara və ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayır və beynəlxalq hüquq müdafiəçilərini işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçılarının törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün təxirəsalınmaz addımlar atmağa çağırırıq”. 

Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir- FOTOLAR Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir- FOTOLAR Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir- FOTOLAR Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir- FOTOLAR Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir- FOTOLAR Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir- FOTOLAR Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir- FOTOLAR Ermənistan Azərbaycanın təbiətinə qarşı ekoloji terror törədir- FOTOLAR
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15