Arxiv
30 Oktyabr 2020, 16:27 | ƏDƏBİYYAT
Şuşada sonuncu ziyafət...

Vilayət Quliyev

Son 28 ildə ən böyük kədərimiz, niskilimiz kimi ürəyimizdə yaşayan Şuşa fiziki baxımdan heç vaxt bizə indiki qədər yaxın olmayıb. Bu günlər daim ecazkar şəhər haqda düşünürəm. Xatirələr yaddaşda biri-birini əvəz edir. Ordumuzun böyük acımıza tezliklə son qoyacağı ərəfədə isə pozitiv bir xatirə paylaşmaq istəyirəm.

1987-ci ilin iyulunda Şuşada sonuncu (inşallah, yenidən bərpa olunar) Vaqif poeziya günləri keçirildi. Keçmiş SSRİ-nin bir çox yerlərindən gəlmiş xeyli sayda şair və yazıçılarla birlikdə əvvəlcə Qazaxda, sonra da Şuşada olduq.

Qorbaçovun antialkoqol kampaniyasının şıdırğı vaxtları idi. Şairlərin də ki, zəif yeri bəllidir.

Qazaxda bu baxımdan sıxıntı olmadı. "Badamlı" şüşələrinə doldurulmuş zoğal arağı hər yerdə hazır idi. Tost demədən, diqqəti cəlb etmədən kim nə qədər istəsə, içə bilərdi. Yadımdadır ki, məşhur "Göyəzən" restoranındakı ziyafətdən sonra gəlmə qonaqların çoxunu hadisə yerindən sürüyə-sürüyə aparmaq lazım oldu.

Şuşada da eyni vəziyyətin təkrarlanacağına böyük ümid vardı.

O zaman Şuşa rayon partiya komitəsinin birinci katibi Niyaz Hacıyev idi. İsa bulağında gözəl bir ziyafət hazırlamışdı.

Hələ süfrə arxasında oturmamışdan qonaqlardan bəziləri büllur qrafinlərə doldurulmuş bulaq suyunu ümidlə iyləyirdilər.

Amma görünür, Niyaz Hacıyev Qazağın birinci katibi Murad Aşurovdan daha intizamlı partiya işçisi imiş. Şairlərin həsrətlə gözlədikləri meydən əsər-əlamət görünmürdü.

Yanaşı oturduğumuz mərhum şair Tofiq Bayram kəklikotu ətri verən quzu kababı tikəsini həvəssiz halda çəngəllə bir neçə dəfə o tərəf bu tərəfə çevirib üzünü qonaqlara nə isə izah edən Niyaz Hacıyevə tutdu.

- Niyaz müəllim, molla əmi gözümə dəymir, - dedi.

Katib bir şey başa düşmədi. Özünü itirən kimi oldu.

- Molla kimdir? Mollanın burada nə işi var?- deyə soruşdu.

- Əşşi, bu ehsana bir fatihə verən tapılacaq ki, duraq gedək, görək başımıza nə çarə qılırıq?

Amma bu eyhamın da heç bir köməyi olmadı...


P.S. Həyat yalnız bir rəngdən ibarət deyil. Ona görə də, "Ziyalılarımızın başı içkiyə qarışdı, Şuşa əldən getdi" tipli kommentlərə lüzum görmürəm. Və şübhə etmirəm ki, azadlığına qovuşandan sonra Şuşa, onu azad edən Ordu və Ali Baş Komandan uzun illər boyu bütün sağlıqlarımızın əsas ünvanı olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada məscid təhqir edildi 2 Dekabr 2020, 23:10 Bayrağımız Şuşa qalasında belə asıldı - FOTO 2 Dekabr 2020, 22:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 2 Dekabr 2020, 22:44 Ceyhun Bayramov Lavrovla DANIŞDI 2 Dekabr 2020, 22:30 “Neftçi”nin 11 üzvü koronavirusa yoluxdu 2 Dekabr 2020, 22:20 İrəvanda Paşinyanın istefası tələb olunur - VİDEO 2 Dekabr 2020, 22:08 Türkiyədə koronavirusdan rekord sayda ölüm 2 Dekabr 2020, 21:59 Çavuşoğludan Pompeoya sərt reaksiya: “ABŞ və Fransa Ermənistana dəstək verdi” 2 Dekabr 2020, 21:47 Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə” 2 Dekabr 2020, 21:33 Xəzərdə zəlzələ oldu 2 Dekabr 2020, 21:20 Səfirlə nazir arasında Qarabağ müzakirəsi 2 Dekabr 2020, 21:13 Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...” 2 Dekabr 2020, 21:04 Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi 2 Dekabr 2020, 20:53 BMT Baş katibi: “Bəşəriyyət təbiətlə müharibə aparır” 2 Dekabr 2020, 20:41 “Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım 2 Dekabr 2020, 20:30 Federasiya prezidenti koronavirusa yoluxdu 2 Dekabr 2020, 20:18 Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 2 Dekabr 2020, 20:07 Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqləndi 2 Dekabr 2020, 20:00 Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi 2 Dekabr 2020, 19:51 Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat 2 Dekabr 2020, 19:42 Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi 2 Dekabr 2020, 19:33 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi 2 Dekabr 2020, 19:24 Rusiyada kütləvi peyvəndləmə başlayır 2 Dekabr 2020, 19:15 Xırdalan şəhərinin bir hissəsində su kəsildi 2 Dekabr 2020, 19:06 Nikol Paşinyan bizim adamdı... 2 Dekabr 2020, 19:00 “Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu 2 Dekabr 2020, 18:58 Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi 2 Dekabr 2020, 18:49 Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb - VİDEO 2 Dekabr 2020, 18:40 Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər 2 Dekabr 2020, 18:31 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyasının gündəliyi AÇIQLANDI 2 Dekabr 2020, 18:22 UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı 2 Dekabr 2020, 18:13 Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır 2 Dekabr 2020, 18:06 Dolların sabaha olan MƏZƏNNƏSİ 2 Dekabr 2020, 18:00 Karantini pozan 90 sürücü cərimələndi - FOTO 2 Dekabr 2020, 17:54 Ermənistan vətəndaşlarına ölkəni tərk etməyə icazə verildi 2 Dekabr 2020, 17:48
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?