Arxiv
31 Oktyabr 2020, 12:51 | REPORTAJ
Bizim əsgər: Cəbrayıl, Denis, Şahmar, Nicat... - “Onların şücaətindən çox təsirlənmişəm” - Deputatla MÜSAHİBƏ

Modern.az saytında “Bizim əsgər” rubrikasına davam edirik. Qonağımız Milli Məclisin deputatı  Könül Nurullayevadır. O bizə deputatı olduğu Nizami rayonunun Vətən Müharibəsində iştirak edən və şəhidlik zirvəsinə yüksələn şücaətli oğulları Cəbrayıl Dövlətzadə, Denis Pronin, Şahmar Quliyev və Nicat Əhmədov haqqında danışacaq.


- Deputatı olduğunuz Nizami rayonunda gənclərin səfərbər olunması vəziyyəti  necədir?


- Nizami rayonu gəncləri arasında bu günlərdə böyük bir ruh yüksəkliyi yaşanır, ümumi Azərbaycan xalqında olduğu kimi. Nizami rayon sakinləri ilə mütəmadi keçirilən görüşlərimiz nəticəsində neçə-neçə qəhrəman oğullarımızın cəbhəyə yola düşdüyü haqqında öyrəndim. Onların sırasında xeyli könüllü vardır, bu məni Azərbaycan xalqının bir nümayəndəsi kimi hədsiz qürurlandırır. Nizami rayonunun igid oğulları vətən uğrunda gedən döyüşlərdə düşmənə layiqli cavab verərək, müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Onların xatirəsini anmaq, ailə üzvlərinə başsağlığı vermək, hörmət və ehtiramımı bildirmək üçün dəfn mərasimlərində iştirak etmişəm. Azərbaycan xalqı ilə həmin rəşadətli oğulların qəhrəmanlıq hekayələrini bölüşməyi və bir daha şəhidlərimizin ruhlarını anmağı özümə borc hesab edirəm. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə isə dərin hüznlə başsağlığı verirəm. Vətən, başın sağ olsun!

 


- Sizinlə bizə qələbə hissi yaşadan Nizami rayonunun qəhrəman şəhidlərindən söz açmaq, xatirələrini anmaq istərdik. Belə oğullardan biri də qəhrəmanımız Cəbrayıl Dövlətzadədir. Cəbrayıl haqqında nə demək istərdiniz?



- Cəbrayılın şücaəti haqqında öncədən məlumatlı olsam da, onun haqqında ətraflı olaraq dəfn mərasimində, ailəsi və qohumlarından eşitdim, həyat yolu və göstərdiyi qəhrəmanlıq barədə nə qədər çox öyrəndimsə, bir o qədər çox qürurlandım. Cəbrayılın ailəsinin ağır yaşam şəraitini Keşlə qəsəbəsində yaşadıqları evdən sezmək olardı. Kiçik yaşlarında ata qayğısından məhrum olan Cəbrayıl 14 yaşından etibarən dərsdən sonra müxtəlif yerlərdə işləyərək, ailəsinə kömək olurmuş, anası Məleykə xanımın, qardaşı Sahib və bacısı Məryəmin həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edirmiş. Elə ona görə də bir müddət öncə xüsusi təyinatlı əsgər kimi ordu sıralarına qəbul olunması onu həddindən çox sevindirirmiş. Qarabağ uğrunda gedən döyüşlər zamanı 19 yaşlı igid Cəbrayıl böyük şücaət göstərərək erməni generalını və digər yüksək rütbəli zabitləri məhv etmiş, ölümə gedən yolda digər hərbçi yoldaşlarını qorumaq üçün subay olduğunu əsas gətirərək, önə atılmışdır. Belə qəhrəman bir oğul idi Cəbrayıl. Düzü, dəfn mərasimində çox təsirlənmişdim, bu cür məğrur bir oğulu itirdiyimizə görə üzülür, şəhidlik zirvəsinə ucaldığına görə isə onunla sonsuz fəxr edirdim. 

 

- Azərbaycanın gücü həm də onun çoxmillətli xalqa sahib olmasında və vətəndaşlar arasında ayrı-seçkiliyə yol verməməsindədir. Ərazinizdə digər icma üzvlərindən döyüşə gedən əsgərlərimiz də var...

- Birlik dar gündə tanınar. Cəbhədə baş verənlər bizə bir daha Azərbaycan xalqının həmrəyliyinin ən yüksək formada olduğunu göstərdi. Bu gün dünyada ikinci belə ölkə tapmaq çətindir ki, onun 120-ə yaxın xalqı təmsil edən nümayəndəsi sülh və əmin-amanlıq içində yaşasın, şərəfli və çətin günlərdə vahid həmrəylik göstərsin, birlikdə məscidlərdə, sinaqoqlarda və kilsələrdə vətənləri və şanlı orduları üçün dua etsin, çiyin-çiyinə ön cəbhədə düşmən ordusuna sinə gərsin. Qürurvericidir ki, Nizami rayonunun  şəhidləri sırasında da belə oğullar var. Azərbaycan xalqının rus əsilli igid nümayəndəsi Denis Əliyev (Pronin) kimi. 


Dəfn mərasimi zamanı Denisin həyat yoldaşı ilə tanış oldum, yadigarı 9 yaşlı qız övladının olduğunu öyrəndim. Azyaşlının həsrət baxışları diqqətimi çəkdi, atasının evə qayıdacağı hər anı səbirsizliklə gözləyirdi sanki. Yaxınları bildirdilər ki, Denisin doğum soyadı Pronin olsa da, Azərbaycana olan sevgisindən özünə Əliyev soyadını fəxrlə götürüb. Rus əsilli igidimizin Ağdam kökləri onu Qarabağ uğrunda gedən döyüşlərdə düşmən üzərində zəfər çalmağa daha da ruhlanmışdı. Multikultural və həmrəy Azərbaycanımız və onun belə oğulları ilə həqiqətən fəxr edirəm. Eyni zamanda bir neçə gün öncə vətən uğrunda şəhid olmuş rusəlli digər qəhrəman şəhidimiz Dmitri Aleksandroviçə də Allahdan rəhmət diləyirəm. 


- Bildirdiyiniz kimi, bir sıra şəhidlərimizin dəfn mərasimində iştirak etmisiniz. Digər igidlərimizin şücaəti və xatirəsi haqqında da sizdən eşitmək istərdik. Onların həyat yolu haqqında eşidərkən nə hisslər keçirdiniz?

- Əlbəttə ki, fəxarət hissi. Mən bir daha anladım ki, Azərbaycan oğulları igiddir, vətəninin və torpağının, canından keçməyə həmişə qəhrəmancasına hazırdır. Sizinlə şəhid kapitan Şahmar Quliyevin qəhrəman və əziz ruhunu da anmaq istərdim. 29 illik həyatının böyük bir hissəsini orduya və vətənimizin qorunmasına sərf etmiş bir igid idi Şahmar.


2009-cu ildə Hərbi liseyi bitirib, daha sonra Ali Hərbi Məktəbə daxil olmuşdu. 2013-cü ildə motoatıcı ixtisas üzrə leytenant hərbi rütbəsi alan şəhidimiz artıq 2014-cü ildən etibarən tağım komandiri kimi fəaliyyət göstərirmiş. 2016-ci ildə baş leytenant, 2020-ci ildə isə kapitan rütbəsinə yüksəlmişdi. Şahmarın həyat yoldaşı onun şücaətindən böyük bir fəxr hissi ilə söz açırdı, 3 yaşlı kiçik oğlu isə hələ də atasının yolunu gözləyirdi. Vətən müharibəsində Şahmar öz komandirinin həyatını xilas edərək şəhidlik zirvəsinə ucalmış, komandiri yaralansa da, Şahmar gözlərini dünyaya əbədi yummuşdur. Şahmarn igid ruhu isə həmişə bizimlədir, qəlbimizdədir və unudulmazdır.

 

İcazənizlə, digər bir vətən oğlundan qürurla söz açım – şəhidimiz Əhmədov Nicatdan. 22 illik qısa, lakin mənalı və qəhrəman bir ömür yaşayan, Qarabağ torpağı uğrunda canını fəda edən, Xocalıda şanlı bayrağımızı vətən torpağına sancmaq arzusu ilə qələbəyə doğru addımlayan şəhidlərimizdən idi Nicat.
Onun dəfn mərasimində iştirakım zamanı gözəl ailəsi, atası və anası ilə tanış oldum. İlk növbədə bildirdilər ki, Qarabağın səfalı yurdu olan Xocalıdandırlar, 1990-1992-ci illərdə törədilmiş erməni vandalizminin şahidləridirlər. Nicat daha sonralar dünyaya göz açsa da, atası və əmisinin yaşadığı acılı xatirələri unutmamış, torpaqlarımızın və şəhidlərimizin qisasının alınacağı bu günü böyük səbirsizliklə gözləyirmiş. Qarabağ uğrunda döyüşlər başlar-başlamaz Nicat da öz ata yurdunu düşmən işğalından azad etməyə böyük ruh yüksəkliyi ilə köklənmişdi.


Həm də öyrəndim ki, Nicat məktəbi əla qiymətlərlə başa vuraraq Bakı Dövlət Universitetinin beynəlxalq bünasibətlər ixtisasına qəbul olunmuşdu. İxtisasca diplomat kimi yetişən Nicat həyat və peşə yolunu yalnız əsgər olmaqda və ömrünü hərbiyə həsr etməkdə görürdü, çox israrlı idi. Elə belə də oldu, şəhidimiz vətən uğrunda canından keçdi, indi isə 2-ci Fəxri Xiyabanda uyuyur, ruhu isə daim qəlbimizdə yaşayır! Nicat, Denis, Cəbrayıl və Şahmar kimi igidlərimizin simasında vətən uğrunda şəhidlik zirvəsinə ucalmış bütün qəhrəman Azərbaycan oğullarına Allahdan rəhmət diləyirəm. Şəhidlər ölməzdir!

 

- Sizin də ailənizdə bir övlad böyüyür. Ona vətəni haradan sevməyi öyrədəcəksiniz?


- Bəli, 2 yaşlı qız övladım var. Körpə olmasına baxmayaraq, ona vətəni sevməyi artıq beşikdən öyrətmişəm, hər gün də vətən sevgisini qızıma aşılamaqda davam edirəm. Evimizin dörd bir yanında şanlı Azərbaycan bayraqları asmışıq, qızım da tez-tez həmin bayraqları dalğalandırır. Cəmi iki yaşı olmasına baxmayaraq, Azərbaycan Respublikasının himnini əzbər bilir, bu aralar da himnimizi “Qarabağ Azərbaycandır!” ifadəsi ilə birlikdə tez-tez səsləndirir. Böyüdükcə də qızımın dilimizi incəliklərinə qədər öyrənməyinə, şanlı tariximizi dərindən mənimsəməyinə, mədəniyyət və adət-ənənələrimizi dünyada tanıtmağına çalışacağam. Onunla erkən yaşlarından vətən sevgisi haqqnda tez-tez söhbətlər açıram, zəngin Azərbaycan incəsənəti ilə tanış edirəm. Ən əsası isə qızımı elə böyütməyə çalışıram ki, o həmişə Azərbaycanlı olduğundan qürur hissi duysun.

 

- Sonda bu gün torpağımız uğrunda döyüşən əsgərlərimizə “Əsgər salamı”nınızı eşitmək istərdik.


- Əziz əsgərlərimiz,

Sizlərlə bu gün 50 milyona yaxın ümumdünya Azərbaycan xalqı qürur duyur! Şanlı Ordumuz hər birimizin ən böyük fəxridir. Var olun, rəşadətli ordumuz, möhkəm dayanın! Cənab Ali Baş Komandanın əmri ilə yalnız irəli, Şuşaya, Xankəndinə doğru! Çünki biz igid şəhid oğullarımızın qanını yerdə qoymamalıyıq və qoymayacayıq da! Çünki, sizlərin sayəsində qələbə bizimlədir, Qarabağ isə Azərbaycandır!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çində partlayış - onlarla ölən var 5 Dekabr 2020, 21:58 Paris qarışdı - maşınlar yandırlır, mağazalar talan edilir 5 Dekabr 2020, 21:42 Koronavirus qripdən necə fərqlənir? 5 Dekabr 2020, 21:28 Düşmən əsgərləri Hadrut ətrafındakı meşəliklərdə gizlənir 5 Dekabr 2020, 21:15 Kürdəmirdə maşın aşdı 5 Dekabr 2020, 21:00 Parisdə gərginlik - etirazçılar polisi daşa tutdu 5 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 5 Dekabr 2020, 20:35 Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi 5 Dekabr 2020, 20:19 Akar Türkiyə silahlarının Qarabağ müharibəsinə təsirindən DANIŞDI 5 Dekabr 2020, 20:04 Nələr gizlədər döyüşçü ürəyi... 5 Dekabr 2020, 19:36 Bakıda çoxmərtəbəli bina yandı - 12 nəfər təxliyə olundu 5 Dekabr 2020, 19:22 Müxalifət Paşinyana istefa üçün vaxt verdi 5 Dekabr 2020, 19:15 Sarkisyan Paşinyanı xain adlandırdı 5 Dekabr 2020, 18:16 Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO 5 Dekabr 2020, 17:52 İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncədə - FOTOLAR 5 Dekabr 2020, 17:37 Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır” 5 Dekabr 2020, 17:26 Kəlbəcərin füsunkar təbiəti FOTOLARDA 5 Dekabr 2020, 17:10 İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25  “Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir” - ETİRAZ 5 Dekabr 2020, 14:15
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?