Modern.az

Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir - Prezidentin köməkçisi

Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir - Prezidentin köməkçisi

31 Oktyabr 2020, 14:09

“Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır”.

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən, Ermənistan böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirib”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?