Arxiv
16 Noyabr 2020, 12:02 | ÖLKƏ
Ermənilər Kəlbəcərlə Ağdamı minalaya bilərlər - Sabiq nazirdən AÇIQLAMA

Noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya görə, Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri noyabrın 15-də tam olaraq tərk etməli idilər.


Ancaq  ermənilərə ərazinin boşaldılması üçün verilən müddət uzadılıb. Belə ki, Ermənistan tərəfi  Kəlbəcərdən olan insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib.


Prezidentin köməkçisi Hikmət Hacıyev məsələ barədə bunları deyib:


“Azərbaycan tərəfi humanizmdən çıxış edərək, 25 noyabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edib”.


Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov
ermənilərin Kəlbəcərdən çıxarılmasına verilən müddəti şərh edib. O, Modern.az-a  bildirib ki, müddətin uzadılması texniki məsələdir:


“Hesab edirəm ki, müddətin uzadılması texniki məsələdir. Çünki ermənilər Şərqdən Qərbə doğru getməlidirlər. Ağdamdan çıxanlar da gərək Kəlbəcər zonasından keçsinlər. Ümumi Dağlıq Qarabağ zonasında təxminən 25 min texniki qüvvə var. Bu qüvvənin çıxarılması üçün məntiqlə Şərqdən Qərbə - yəni Ermənistana gedilməlidir. Kəlbəcərin boşaldılması öz yerində, gözləməliyik ki, Ağdamdan çıxanlar da gəlib Kəlbəcərdən keçsinlər. Bəyanata əsasən, onlar silahları yığıb ərazidən çıxmalıdır. Buna da müddət lazımdır. Bunların hamısı texniki məsələlərdir”.


Sabiq nazir ermənilərin əraziləri tərk edərkən həmin yerləri minalayacaqları barədə ehtimala da toxunub:


“Ərazilərin minalanmasını istisna etmirəm. Əvvəllər ermənilər deyirdi ki, bizim təhlükəsizliyimizi ordu və polislər təmin edir. İndi ordu da yola salınır və təhlükəsizliyi sülhməramlılar təmin edir”.


Tofiq Zülfüqarov üçtərəfli sazişdən sonra Rusiya sülhməramlılarının rəhbəri general Rüstəm Muradovun Qarabağdakı separatçıların başçısı Araik Arutunyanla görüşünün heç bir əhəmiyyət kəsb etmədiyini də qeyd edib:


“Ermənilər həmişəki kimi cığallıq edəcəklər. Amma reallığa nəzər salanda sülhməramlı qoşunların rəhbəri öndə gəlir. Eyni zamanda, əraziləri boşaltmaq üçün bu cür görüşlər ola bilər”.


Politoloq sosial şəbəkələrdəki bir xəbərə- sülhməramlılarla ermənilər arasında yaranan qarşıdurma bardədə informasiyaya toxunub:


“Bu barədə mənə də məlumatlar daxil olub. Ancaq heç bir rəsmi açıqlama yoxdur.  Sadəcə, bu məsələni dəqiqləşdirmək lazımdır.Bu cür toqquşmaların olmayacağını isə istisna etmirəm”.


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə lider büdrədi, “Qalatasaray” zirvəyə şərik çıxdı 5 Dekabr 2020, 22:12 Çində partlayış - onlarla ölən var 5 Dekabr 2020, 21:58 Paris qarışdı - maşınlar yandırlır, mağazalar talan edilir 5 Dekabr 2020, 21:42 Koronavirus qripdən necə fərqlənir? 5 Dekabr 2020, 21:28 Düşmən əsgərləri Hadrut ətrafındakı meşəliklərdə gizlənir 5 Dekabr 2020, 21:15 Kürdəmirdə maşın aşdı 5 Dekabr 2020, 21:00 Parisdə gərginlik - etirazçılar polisi daşa tutdu 5 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 5 Dekabr 2020, 20:35 Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi 5 Dekabr 2020, 20:19 Akar Türkiyə silahlarının Qarabağ müharibəsinə təsirindən DANIŞDI 5 Dekabr 2020, 20:04 Nələr gizlədər döyüşçü ürəyi... 5 Dekabr 2020, 19:36 Bakıda çoxmərtəbəli bina yandı - 12 nəfər təxliyə olundu 5 Dekabr 2020, 19:22 Müxalifət Paşinyana istefa üçün vaxt verdi 5 Dekabr 2020, 19:15 Sarkisyan Paşinyanı xain adlandırdı 5 Dekabr 2020, 18:16 Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO 5 Dekabr 2020, 17:52 İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncədə - FOTOLAR 5 Dekabr 2020, 17:37 Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır” 5 Dekabr 2020, 17:26 Kəlbəcərin füsunkar təbiəti FOTOLARDA 5 Dekabr 2020, 17:10 İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?