Arxiv
17 Noyabr 2020, 11:46 | İQTİSADİYYAT
Bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiyanın məbləği AÇIQLANDI

Noyabrın 16-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 781 əmanətçiyə 580 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 16-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 208,78 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4436 əmanətçiyə 90,14 milyon manat, "NBC Bank" üzrə isə 4074 əmanətçiyə 118,63 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 16-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 370,54 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5679 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,95 milyon manat, "Ata Bank" üzrə 9592 əmanətçiyə isə 232,59 milyon manat təşkil edib.

 

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb.

 

Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

 

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Ələkbərzadə koronavirusa yoluxdu 2 Dekabr 2020, 23:46 NATO Gürcüstana dəstəyini gücləndirəcək 2 Dekabr 2020, 23:39 Tonoyan “dqr”in “müdafiə naziri” barədə Azərbaycana məxfi məlumat sızdırıb... 2 Dekabr 2020, 23:25 Fransada məscid təhqir edildi 2 Dekabr 2020, 23:10 Bayrağımız Şuşa qalasında belə asıldı - FOTO 2 Dekabr 2020, 22:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 2 Dekabr 2020, 22:44 Ceyhun Bayramov Lavrovla DANIŞDI 2 Dekabr 2020, 22:30 “Neftçi”nin 11 üzvü koronavirusa yoluxdu 2 Dekabr 2020, 22:20 İrəvanda Paşinyanın istefası tələb olunur - VİDEO 2 Dekabr 2020, 22:08 Türkiyədə koronavirusdan rekord sayda ölüm 2 Dekabr 2020, 21:59 Çavuşoğludan Pompeoya sərt reaksiya: “ABŞ və Fransa Ermənistana dəstək verdi” 2 Dekabr 2020, 21:47 Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə” 2 Dekabr 2020, 21:33 Xəzərdə zəlzələ oldu 2 Dekabr 2020, 21:20 Səfirlə nazir arasında Qarabağ müzakirəsi 2 Dekabr 2020, 21:13 Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...” 2 Dekabr 2020, 21:04 Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi 2 Dekabr 2020, 20:53 BMT Baş katibi: “Bəşəriyyət təbiətlə müharibə aparır” 2 Dekabr 2020, 20:41 “Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım 2 Dekabr 2020, 20:30 Federasiya prezidenti koronavirusa yoluxdu 2 Dekabr 2020, 20:18 Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 2 Dekabr 2020, 20:07 Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqləndi 2 Dekabr 2020, 20:00 Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi 2 Dekabr 2020, 19:51 Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat 2 Dekabr 2020, 19:42 Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi 2 Dekabr 2020, 19:33 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi 2 Dekabr 2020, 19:24 Rusiyada kütləvi peyvəndləmə başlayır 2 Dekabr 2020, 19:15 Xırdalan şəhərinin bir hissəsində su kəsildi 2 Dekabr 2020, 19:06 Nikol Paşinyan bizim adamdı... 2 Dekabr 2020, 19:00 “Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu 2 Dekabr 2020, 18:58 Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi 2 Dekabr 2020, 18:49 Sülhməramlı kontingentə növbəti maddi-texniki vasitələr çatdırıldı - VİDEO 2 Dekabr 2020, 18:40 Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər 2 Dekabr 2020, 18:31 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyasının gündəliyi AÇIQLANDI 2 Dekabr 2020, 18:22 UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı 2 Dekabr 2020, 18:13 Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır 2 Dekabr 2020, 18:06
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?