Arxiv
18 Noyabr 2020, 16:04 | HADİSƏ
Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...

Qarabağ separatçılarının başçısı Araik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib.


Amma Araik Arutunyanın həbsini hələ ki gerçəkləşdirmək mümkün olmayıb. O, Xankəndində əlini-qolunu sallayaraq gəzməkdə, az qala hər gün bölgədəki Rusiya sülhməramlılarının rəhbərlərilə görüşlər keçirməkdədir. Separatçıların lideri Azərbaycan Respublikasına qarşı pozuculuq əməllərini davam etdirir...


Bəs onu necə həbs etmək olar?


“Konstitutsiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a bu prosedur barədə açıqlama verib:


“Baş Prokurorluq tərəfindən seperatçıların rəhbəri Araik Arutunyana qarşı cinayət işi açılıb. Mən inanıram ki, cinayət işinin başa çatdırılmasında problem olmayacaq.

Araik Arutunyana müharibə cinayətlərinin baş verməsinin ən birinci səbəbkarlarındandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “İnsanlıq əleyhinə” adlı fəsildə bu barədə nəzərdə tutulmuş maddələr var.  

Qanunsuz hərbi əməliyyatların hazırlanması və həyata keçirilməsi prosesində birbaşa Araik Arutunyan məsuliyyət daşıyır. O, Cinayət Məcəlləsinin 100-cü maddəsinə əsasən, quldurların, muzdlu döyüşçülərin Azərbaycana gətirilməsi prosesində iştirak etməsinə görə də məsuliyyətə cəlb oluna bilər. Həmçinin,  humanitar hüququn pozulması ilə bağlı, eyni zamanda 120-ci maddəyə görə ailə, uşaq, qadınların kütləvi qətlində bilavasitə iştirakına görə də haqqında cinayət işi açıla bilər.

Gəncə və digər şəhərlərimizə atəş açaraq, insanların məhv edilməsinə Araik Arutunyan əmr verib. Bildiyim qədər ilə bu barədə Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdı”.
 

Hüquqşünasın sözlərinə görə, Araik Arutunyanın Dağlıq Qarabağda fəaliyyətinin davam etdirilməsi yol verilməzdir:


“Ümumiyyətlə, bu şəxs hərbi canidir, uşaq qatilidir. Cinayət Məcəlləsinin müvafiq maddələrilə həmin şəxsi məsuliyyətə cəlb etmək mümkündür. Azərbaycan Respublikası bu istiqamətdə müvafiq strukturlarla yaxın zaman çərçivəsində hərəkətə keçəcək. Dövlətimiz Araik Arutunyanın həbs edilməsi ilə bağlı hər bir addımı atacaq. Araikin qanunsuz fəaliyyətini Dağlıq Qarabağda davam etdirməsinin qarşısı alınmalıdır.

Sülhməramlılar və onların rəhbərləri də bu barədə çox diqqətli olmalıdırlar. Sülhməramlıların digər vəzifəsi də hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etməkdir.

Mən hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələni sülhməramlılar qarşısında qaldıracaq və onlar da Araik Arutunyanın həbs edilməsinə dəstək verəcək”.


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan peyvənd olunacaq? 5 Dekabr 2020, 00:33 Həftəsonu ictimai nəqliyyat işləməyəcək 5 Dekabr 2020, 00:18 Dostunu qucaqlaması ilə hər kəsi duyğulandıran qazimiz: “Sağ olduğunu eşidəndə...” – VİDEO 5 Dekabr 2020, 00:09 Bakıda iki maşın toqquşdu 4 Dekabr 2020, 23:56 Putin Çubaysa vəzifə verdi 4 Dekabr 2020, 23:42 “Türkiyənin NATO üzvü olması münasibətlərimiz üçün əngəl deyil” - Lavrov 4 Dekabr 2020, 23:28 İmişlidə ağır qəza - 7 nəfər yaralandı 4 Dekabr 2020, 23:14 Samuxda evdə partlayış - xəsarət alan var 4 Dekabr 2020, 23:01 Bakıda bu yerlər Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO 4 Dekabr 2020, 22:50 Serbiya Azərbaycana olan borcunu qaytaracaq 4 Dekabr 2020, 22:44 Putin Təhlükəsizlik Şurasını topladı 4 Dekabr 2020, 22:33 FİFA-dan dünya çempionatı ilə bağlı qərar 4 Dekabr 2020, 22:22 Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz” 4 Dekabr 2020, 22:09 Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO 4 Dekabr 2020, 21:58 Vətən müharibəsi şəhidlərinin xatirəsi Daşkənddə də anıldı - FOTO 4 Dekabr 2020, 21:45 Bu stadiona Maradonanın adı verildi 4 Dekabr 2020, 21:31 “Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb” - Peskov 4 Dekabr 2020, 21:20 Universitet müəllimi koronavirusdan vəfat etdi 4 Dekabr 2020, 21:07 Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı 4 Dekabr 2020, 21:00 2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT 4 Dekabr 2020, 20:50 Daha bir prezident özünü təcrid etdi 4 Dekabr 2020, 20:37 Naxçıvanda toy edənlər həbs olundu 4 Dekabr 2020, 20:22 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Cavanşir Feyziyev 4 Dekabr 2020, 20:14 Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 20:04 Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı 4 Dekabr 2020, 19:33 İranda daha 347 nəfər koronavirusdan öldü 4 Dekabr 2020, 19:24 Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO 4 Dekabr 2020, 19:15 Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır 4 Dekabr 2020, 19:06 “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?