Modern.az

Avropa İttifaqı müharibədən zərər çəkmiş mülki vətəndaşlara pul ayırdı

Avropa İttifaqı müharibədən zərər çəkmiş mülki vətəndaşlara pul ayırdı

19 Noyabr 2020, 17:00

Avropa İttifaqı  döyüş əməliyyatlarından zərər çəkmiş mülki vətəndaşlar üçün əlavə olaraq 3 milyon avro məbləğində fövqəladə yardım ayırır

 

Bu barədə Modern.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

 

Bildirilib ki, komissiya Dağlıq Qarabağ və onun ətrafındakı münaqişənin təsirinə ən çox məruz qalmış mülki şəxslərə həlledici yardımın göstərilməsi üçün humanitar dəstək məqsədilə əlavə 3 milyon avro ayırdığını elan etdi. Bu maliyyə vəsaiti döyüş əməliyyatlarının başladığı oktyabr ayının əvvəlindən bəri ayrılan 900.000 avroya əlavə edilir.

 

Böhran İdarəçiliyi üzrə Komissar Janez Lenarčič deyib: "Aİ münaqişənin təsirinə məruz qalmış bütün mülki əhalini dəstəkləməyə davam edir. Biz əlavə humanitar yardım göndəririk. Döyüş əməliyyatlarının dayandırılmasını alqışlayıram, beləliklə insanların daha çox əziyyət çəkməsinə yol verilməyəcək. Buna baxmayaraq, məcburi köçkün olan və koronavirus pandemiyasının təsiri ilə birlikdə sərt qış şəraiti ilə üzləşəcək həssas əhali qruplarının humanitar vəziyyətindən mən son dərəcə narahatam.”

 

Bu fövqəladə yardım Aİ-nin humanitar tərəfdaşlarına döyüşlərin təsirinə məruz qalmış tərəflərə ərzaq, qış əşyaları, tibbi-sanitar təminatı, tibbi avadanlıq daxil olmaqla əsas yardımın göstərilməsində və digər əsas təminat əşyalarını çatdırılmasında kömək edəcəkdir. Aİ-nın hər bir humanitar yardımı insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq təmin edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi