Arxiv
19 Noyabr 2020, 23:11 | AKTUAL
Bakıda məcburi köçkünlər üçün yeni binalar tikiləcək

Mərcburi Köçkünlərin Sosial İnkişaf Fondu ümumi dəyəri 55 milyon 431 min 379 manat həcmində müəyyənləşən 18 açıq tenderinə yekun vurub.

 

Modern.az xəbər verir ki, "oxu.az"ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və müvafiq infrastrukturun təmin edilməsi üzrə 11 şirkətlə əməkdaşlıq ediləcək.

 

Tenderlər üzrə yaşayış məhəlləsində 15 binanın tikintisi aparılacaq. Ümumi tikinti işlərinə 48 milyon 990,6 min manat sərf olunacaq.

 

Yaşayış məhəlləsində məktəb, uşaq bağçası və müvafiq infrastrukturun təmin olunmasına isə 6 milyon 440,7 min manat vəsait ayrılacaq.

 

Belə ki, yeni yaşayış məhəlləsində doqquz mərtəbəli 54 mənzilli 1 nömrəli yaşayış binasının tikintisi “Müasir Tikintilər” MMC-yə həvalə olunacaq və tikintiyə 3 milyon 245,4 manat ayrılacaq.

“Rabitə İnşaat” ASC isə 2 və 3 nömrəli yaşayış binalarının tikintisini həyata keçirəcək. Müvafiq olaraq iki binaya 6 milyon 552,4 min manat xərclənəcək.

4 nömrəli yaşayış binasının tikintisi “Konsept Holding” MMC tərəfindən 3 milyon 277,7 min manata, 5 nömrəli binanın tikintisi “Tunel-Metro İnşaat” MMC tərəfindən 3 milyon 278,6 min manata həyata keçiriləcək.

Eləcə də, 6 və 7 nömrəli binalar “GM Construction” MMC tərəfindən inşa ediləcək və ayrı-ayrılıqda 3 milyon 270,2 min manat olmaqla, ümumilikdə, iki binanın tikintisi 6 milyon 540,4 min manata başa gələcək.

8 nömrəli yaşayış binasının tikintisi “Progress” Sənaye-İstehsalat şirkətinə həvalə olunub. Bu binanın tikintisinə 3 milyon 277,6 min manat ayrılacaq.

Eləcə də, 9 və 10 nömrəli binaların tikintisi “Alıbəyli Şirkəti” MMC-yə həvalə olunacaq və tikinti üçün şirkətə ayrı-ayrılıqda 3 milyon 273,4 min manat olmaqla, ümumi, 6 milyon 546,8 min manat ödəniş ediləcək.

“Azman Holding” MMC şirkəti 11 nömrəli binasının tikintisini 3 milyon 259,5 min manata icra edəcək.

“Akkord General Construction” MMC yeni yaşayış məhəlləsində 12 və 13 nömrəli yaşayış binasının tikintisini həyata keçirəcək. Müvafiq olaraq iki binaya görə ümumi 6 milyon 457,7 min manat vəsait tələb olunacaq.

3 milyon 278,9 başa gələcək 14 nömrəli yaşayış binasının tikintisi Kür-Araz Şirkətinə, 3 milyon 275,4 min manata başa gələcək 15 nömrəli yaşayış binasının tikintisi isə “M.Nazimoğlu” MMC-yə həvalə olunub.

Həmin yaşayış məhəlləsində 624 şagird-yerlik məktəbin istilik məntəqəsi tikintisi “Minera” MMC tərəfindən inşa ediləcək və bunun üçün 3 milyon 900,1 manat sərf olunacaq.

Məhəllədə 140 yerlik uşaq bağçasının istilik məntəqəsi ilə tikintisinə 1 milyon 925,9 manat sərf olunacaq. Tikinti “Turan.İ.O” MMC-yə həvalə olunub.

Yeni yaşayış məhəlləsində inzibati binanın istilik məntəqəsilə tikintisini “Azertikinti-M” MMC təmin edəcək və bu, 614,7 min manata başa gələcək.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da faciə qurbanlarının yekun sayı açıqlandı 26 İyul 2021, 00:57 Bu şəhər UNESCO-nun Dünya İrsi Siyahısına salındı 26 İyul 2021, 00:43 Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic etdi 26 İyul 2021, 00:26 Daha 6 idmançımız mübarizəyə qoşulur - Tokio-2020 26 İyul 2021, 00:10 Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı 25 İyul 2021, 23:59 İsrail BƏƏ-yə ilk səfirini təyin etdi 25 İyul 2021, 23:48 “Bu qanunla əlimiz-qolumuz bağlandı” - İran prezidenti 25 İyul 2021, 23:33 Martin "Barselona"dan ayrılır? 25 İyul 2021, 23:17 17 ildə ilk dəfə məğlub oldular 25 İyul 2021, 23:02 Şəhid polkovnikin oğlu əsgərliyə gedir 25 İyul 2021, 22:50 Gəncədə taksi sürücüsü bıçaqlandı 25 İyul 2021, 22:41 Həbsdən çıxandan itkin düşən kişi utandığından evə getmirmiş... 25 İyul 2021, 22:28 Şahmatçımız dünya kubokunda heç-heçə etdi 25 İyul 2021, 22:14 Mingəçevirdə beşmərtəbəli binada yanğın 25 İyul 2021, 22:00 İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB 25 İyul 2021, 21:48 "İnter" Lukakunu satmaqdan imtina etdi 25 İyul 2021, 21:39 Türkiyədə pandemiya ilə bağlı vəziyyət pisləşir 25 İyul 2021, 21:21 Ruslar yüzlərlə ermənini Xocavəndə APARDI 25 İyul 2021, 21:10 Türkiyə millisi Olimpiya çempionunu darmadağın etdi 25 İyul 2021, 20:58 Ucarda xəsarətlə nəticələnən yol qəzası - FOTO 25 İyul 2021, 20:43 Daşkəsəndə toyda qətl törədən şəxs saxlanıldı - YENİLƏNİB 25 İyul 2021, 20:29 Tramp tərəfdarlarını sosial şəbəkələrlə mübarizəyə çağırdı 25 İyul 2021, 20:20 Fransada etirazçılarla polis arasında toqquşma 25 İyul 2021, 20:06 İdmançılara 30 saniyəlik maska icazəsi  25 İyul 2021, 19:38 Qazax sakinində narkotik aşkarlandı    25 İyul 2021, 19:34 Səməd Səmədov dəfn olundu  25 İyul 2021, 19:14 Dələduz direktor Azərbaycana ekstradisiya olundu 25 İyul 2021, 19:09 Daha 3 toy məclisində karantin qaydaları pozuldu 25 İyul 2021, 18:49 İngiltərədə koronavirusun yeni ştammı aşkarlandı 25 İyul 2021, 18:00 AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...” 25 İyul 2021, 17:51 Marina Nekrasova finala çıxa bilmədi  25 İyul 2021, 17:43 Ermənilər Kəlbəcəri yenə atəşə tutdu   25 İyul 2021, 17:34 Tokio-2020: Çin liderdir,  ABŞ üçüncü pilləyə yüksəldi – MEDAL SİYAHISI 25 İyul 2021, 17:22 Yaşar Vahabzadə "Kəpəz"də qaldı 25 İyul 2021, 17:16 Şəhid pilotumuzun anım mərasimi keçirildi 25 İyul 2021, 17:05