Modern.az

Heydər Əliyev Vaqifin məqbərəsinə görə Köçəryanı sorğu-sual etmişdi - Səfirin XATİRƏSİ

Heydər Əliyev Vaqifin məqbərəsinə görə Köçəryanı sorğu-sual etmişdi - Səfirin XATİRƏSİ

Mədəni̇yyət

22 Noyabr 2020, 22:30

Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı.

1983-cü ilin yanvarında respublika rəhbəri Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.

2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:

“-По моей инициативе в Шуше над могилой Вагифа был построен мавзолей. Вагиф наш великий поэт. Был визиром, т.е. министром Карабахского ханства. Что с этим мавзолеем? Тоже разрушили?

-Пока мы опомнились, растащили алюминовые конструкции, мраморные блоки, а остов сохраняется.

-Надеюсь, вы руку не приложили?

-Что вы, Гейдар Алиевич…»


(- Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

-Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

- Nə danışırsınız, Heydər Əliyeviç...”)

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.

Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi: “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.


Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq...


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır