Modern.az

Şəmkirdə 68 yaşlı kişini tanışı bıçaqladı

Şəmkirdə 68 yaşlı kişini tanışı bıçaqladı

22 Noyabr 2020, 23:03

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.

 

1952-ci il təvəllüdlü Məhəmməd Qasımov qol və bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaşlı kişinin yaraları tikilib vəziyyətinin  kafi olduğu bildirilir.

 

Məlumata görə, M.Qasımov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə bağlı polisə məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi