Arxiv
23 Noyabr 2020, 15:32 | AKTUAL
Səhiyyə işçilərinə maaşların verilməsi qaydası DƏYİŞDİRİLDİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

 

Bu barədə Modern.az-a Dövlət Agentliyindən məlumat veriib.

 

Bildirilib ki, qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, aylıq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.

 

Dəyişikliyə əsasən tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 9 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib.

 

Bununla yanaşı, bir sıra ixtisaslar/vəzifələr üzrə sabit həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricisindən asılı olaraq müəyyənləşdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünüb (Cədvəl 1).

 

Cədvəl 1.

İxtisasın/vəzifənin adı

Həkimlərin əməkhaqlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələrin məbləği

1

Tibbi şöbələrin (bölmələrin) müdirləri (həkim-stomatoloqlar istisna olmaqla)

100 manat

2

Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla)

200 manat

3

Provizor vəzifəsi üzrə çalışan həkimlər

260 manat

4

Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər

300 manat

5

Hemodializ şöbəsinin həkimləri

360,00 manat

6

Uşaq nevroloji sanatoriyasının həkimləri (psixoloq və loqoped istisna olmaqla)

200,00 manat

7

Həkim-dietoloq ixtisası üzrə çalışan həkimlər

200,00 manat

8

Həkim-patoloq-anatom

200,00 manat

9

Həkim-ftiziatr

300,00 manat

10

Həkim-hematoloq

300,00 manat

11

Həkim-laborant ixtisası üzrə çalışan həkimlər

1-ci qrup tibb müəssisələri

240,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

340,00 manat

12

Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər

1-ci qrup tibb müəssisələri

240,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

340,00 manat

13

“Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim

480,00 manat

14

Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər

Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq

15

Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim

1-ci qrup tibb müəssisələri

370,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

570,00 manat

16

Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri

2 və 3-cü qrup tibb müəssisələri

910,00 manat

 

*Bundan əlavə, həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir.

 

Cədvəl 1-in 6-cı, 9-cu və 14-cü bəndləri istisna olmaqla, digər bəndlər 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir. 9-cu bənd 01 yanvar 2020-ci il tarixindən, 6-cı və 14-cü bənd isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.

 

Aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

 

Reanimasiya ilə yanaşı, yeni dəyişikliyə görə intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.

 

Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən iki vəzifə üzrə aylıq sabit əlavələr tibb müəssisələrinin təsnifat qrupuna əsasən müəyyənləşdirilib. Belə ki, Qaydanın 19.1-ci bəndi üzrə 6-cı və 9-cu sətirlərə Cədvəl 2-dəki dəyişikliklər edilib. Qərara əsasən bu dəyişikliklər 01 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

 

Cədvəl 2.

Struktur vahidin/vəzifənin adı

Sabit əlavələrin məbləği

6

Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi

1-ci qrup tibb müəssisələri

350,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

790,00 manat

9

Baş təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışan kiçik tibb işçisi

1-ci qrup tibb müəssisələri

150,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

210,00 manat

 

Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib (Qaydanın 16-4-cü bəndi). Tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

 

Qərarda qeyd edilən bütün digər bəndlər isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02