Modern.az

Türkiyənin məşhur aparıcısı 6 il sonra komadan ayıldı

Türkiyənin məşhur aparıcısı 6 il sonra komadan ayıldı

Aktual

25 Noyabr 2020, 15:44

Türkiyənin tanınmış aparıcısı Kenan Işık 6 il sonra komadan ayıldı.

Modern.az bildirir ki, Türkiyənin məşhur “Kim milyoner olmak ister” verilişinin aparıcısı Kenan Işık 2014-cü ildə başından aldığı zərbə nəticəsində komaya girmişdi. İllərdir ki, müşahidə altında tutulan Işıkdan müjdəli xəbər gəldi. Onun həyat yoldaşı Beril Işık verdiyi açıqlamada bildirib ki, aparıcı artıq baş verənləri anlaya bilir:

“Kenan deyilənləri eşidir. Gözləri ilə danışır, lakin hələ reaksiya verə bilmir. Güclü fizioterapiya müalicəsi alır. Baxışları, gözləri ilə ünsiyyət qurur. Bəzən bütün günü əlil arabasında oturur. Artıq özünü dik saxlaya bilir”.

Fidan ƏLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır