Arxiv
26 Noyabr 2020, 09:34 | MƏDƏNİYYƏT
Bakıdakı  amerikalı ailənin Qarabağ sevinci: “Özümüz qazanmış kimi hiss edirik” - MÜSAHİBƏ

Amerika vətəndaşları Sara və  Jeff Jakson, övladları Domenik və Vetikr Bakıda yaşayırlar. 10 noyabrda Bakıda əllərində Azərbaycan bayraqları ilə “Qarabağ Azərbaycandır!”- deyərək zəfər yürüşünə qoşulan, sevincimizə ortaq olan bu ailəni gəlin yaxından tanıyaq.

Modern.az onlarla söhbəti təqdim edir.

 

- 10 noyabrda Bakıda “Qarabağ Azərbaycandır!”-deyərək elə sevinirdiniz ki, ancaq sizə yaxınlaşanda azərbaycanlı yox, amerikalı olduğunuzu anladım. Buyurun, özünüzü oxucularımıza təqdim edin.


- Mənim adım Sara Jaksondur. Mən ərim və övladlarımla birlikdə 6 ildir ki, Bakıda yaşayırıq. Ərim mühəndisdir. “Provitaz” elektrik şirkətində çalışır. Mən isə ingilis dili müəllimiyəm. IELTS Proqramı ilə hazırlaşmaq istəyən tələbələr üçün dərslər verirəm. Biz burada Azərbaycanda yaşamağımızdan çox məmnunuq. Çox sevinirik ki, azərbaycanlılar öz tarixi torpaqları olan Qarabağda yenidən yaşaya biləcəklər.


- Yəqin məlumatlısınız ki, 28 ildən artıqdır Ermənistan Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayonu işğal altında saxlayırdı.


- Bəli. Bu barədə məlumatlıydıq. Çox təəssüf ki, uzun illərdir torpaqlarınız işğal altında idi. Torpaqlarınızın azad olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.


- Cənab, sizi də tanıyaq. Özünüzü təqdim edin və sizin də, Azərbaycan torpağı Qarabağla bağlı fikirlərinizi eşidək.


- Mən Jeff Jackson burada yaşadığım müddətdə - 6 ildir hiss edirdim ki, Qarabağın işğaldan azad olunması Azərbaycan xalqının ən böyük arzusudur. Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdir. Mənim burada çoxlu dostlarım var. Çox şadam ki, uzun illərdir bizim xalqlarımız, yəni Amerika və Azərbaycan xalqları arasında da dostluq münasibətləri var.

- Siz ilk dəfə Qarabağ münaqişəsi barəsində nə zaman öyrənmişdiniz?

- İlk dəfə bura gəldiyimiz vaxt münaqişə barəsində məlumat aldım. Mən öyrəndim ki, bu xalq işğalla bağlı çox çətin günlər, çətin situatsiyalar yaşayıb. Həmçinin, bu problemin həlli də bir qədər çətin və mürəkkəb görünürdü.


- 10 noyabrda Azərbaycanın 44 günlük Vətən müharibəsi dayandı və torpaqları işğaldan azad olundu. Mən həmin gün sizi öz ailənizlə əllərinizdə Azərbaycan bayrağı yürüş edərkən gördüm. Uşaqlarınızın və sizin üzünüzdə sanki Azərbacan ailəsi qədər sevinc, coşqu və həyəcan hiss etdim...


- Bəli. Biz Qələbə xəbərini alanda sanki özümüz qazanmış kimi çox sevindik. Mən həyat yoldaşımla qərara gəldik ki, şəhərə çıxıb bu sevincimizi şəhər sakinləri ilə də bölüşək və belə də oldu. Əllərimizdə Azərbaycan bayrağı ilə Qələbə sevinci ilə Bakı küçələrində gəzişdik və bizim bu sevincimizi hiss edənlərdən biri də məhz siz oldunuz. Biz Azərbaycan vətəndaşı kimi sizi təbrik etdik, siz də hazırda Bakı sakini kimi bizi təbrik etdiniz. Bir sözlə, sevinc-sevincə qarışdı. Həmin gün bütün Bakı oyaq idi. Gecədən səhərə kimi və sonra da zəfər günü böyük coşqu ilə qeyd olunurdu. Biz də çox sevinirik ki, bu tarixi Qələbə gününü Azərbaycan xalqı ilə birlikdə qeyd etdik.


- Cənab Jeff, 44 günlük müharibə tarixində işğalçı Ermənistan Gəncə, Bərdə və Tərtərdə terror aktları törədərək, mülki insanlarımızı qətlə yetirdi. Bunlar barədə nə deyə bilərsiniz?


- Mən həmin müddətdə yerli və xarici medianı diqqətlə izləyirdim. Əlbəttə ki, mülki Azərbaycan vətəndaşlarının xüsusilə də, azyaşlı uşaqların ölümü məni çox təsirləndirdi. Çünki özümün də iki azyaşlı uşağım var və onlar indi mənimlə burada Azərbaycanda yaşayırlar.

Mən Azərbaycana gəldiyim ilk ildə Qarabağda törədilən   Xocalı soyqrımı ilə bağlı videolar izləmişdim. Bu videolar məni çox kövrəltmişdi. Çünki orada günahsız insanlar öldürülmüşdü. Xocalı faciəsində azərbaycanlıların, xüsusilə də gözü qarşısında övladları öldürülən ataların çəkdikləri əziyyətləri təsəvvür etdim və övladları olan bir ata kimi bu, məni çox kövrəltdi. Amma 10 noyabr Qələbə günü Azərbaycan tarixində inanılmaz dərəcədə böyük bir bayram oldu. Çünki məhz bu tarixdən etibarən Azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıdacaqlar.

Leyla Şah

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan virusun cəngində: 351 yoluxma 17 Yanvar 2021, 11:12 “Fənərbağça” klubu Məsul Özili transfer etdi 17 Yanvar 2021, 11:00 Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50