Arxiv
26 Noyabr 2020, 12:20 | AKTUAL
“Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir” 

“Bu gün Fransa regionda gedən sülh proseslərinə dəstək vermək əvəzinə, öz çirkin məqsədlərinə nail olmağa çalışır”.

Modern.az xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev parlamentin iclasında Fransa Senatında qəbul edilmiş «Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti» adlı qətnamə təklifinə etiraz bəyanatının müzakirəsi zamanı deyib.

B.Əliyev qeyd edib ki, Azərbaycan əraziləri ermənilər tərəfindən işğal olunduqdan sonra 1 milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşüb:

 

“Bu qədər insanın illər ərzində pozulmuş hüquqlarını Fransa Senatı nə zaman müzakirə edib? BMT TŞ-nın işğal olunmuş ərazilərlərlə bağlı qətnamələri var və Fransa bu sənədlərə səs verib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransa bu qətnamələri icra etməli idi. Düşünürəm ki, Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir. Onlar bu qətnamə ilə bizi təhqir edirlər. Qoy onlar qarşılarında Azərbaycan xalqının iradəsini görsünlər. Əgər düşünürlərsə ki, bu cür qətnamələrlə bizə öz iradələrini, çirkin əməllərini qəbul etdirəcəklər, onlar yanılırlar.

 

Bütün Azərbaycan xalqı silaha sarılaraq son damla qanına qədər müstəqil dövlətini qoruyacaq. Nə Ermənistan, nə də onun havadarları bizim iradəmizin əleyhinə gedə bilməz. Biz müstəqil dövlətik. Bu gün qəhrəman Azərbaycan əsgəri öz canı və qanı ilə işğalçıları torpaqlarmızdan qovub. Bu gün sülh prosesi gedir. Bunu dəstəkləmək əvəzinə, Fransa qızışdırıcı  mövqe tutur. Məqsəd isə öz çirkin niyyətlərinə nail olmaqdır. Biz Senatın bu qətnaməsini qətiyyətlə pisləyirik və hesab edirik ki, bu, Azərbaycan dövlətinin suverenliyinə qarşı bir təhdiddir. Azərbaycan bütün imkanlarından istifadə edərək buna adekvat cavab verməlidir və məcburi köçkünlərin də iradəsi əks olunmalıdır”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Deputat 26 Yanvar 2021, 16:12 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:09 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50 İtaliya baş nazirsiz qaldı 26 Yanvar 2021, 15:45