Modern.az

Biləsuvarda maşın su kanalına düşdü

Biləsuvarda maşın su kanalına düşdü

28 Noyabr 2020, 19:53

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Biləsuvarın Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili aşaraq su kanalına düşüb.

 

Qəza nəticəsində  Qafarov Nail Nəzər oğlunun idarə etdiyi "BMV" markalı minik avtomobilini aşırması nəticəsində həmkəndlisi Qafarzadə İbrahim Nəzər oğlu dünyasını dəyişib.

 

N.Qafarzadənin digər həmkəndlisi Abbasov Ələkbər Tahir oğlu və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü