Modern.az

Bayrağa görə qovulan tələbə BDU-ya bərpa olundu

Bayrağa görə qovulan tələbə BDU-ya bərpa olundu

29 Noyabr 2020, 23:59

Onlayn dərs zamanı dövlət bayrağını başına keçirib rəqs etdiyi üçün qovulan tələbə universitetə bərpa olunub. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə onun tələbə yoldaşları məlumat veriblər. 

 

Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetdə təhsilini davam etdirəcək.

 

Qeyd edək ki, noyabrın 28-də Pərviz Məhəmmədov BDU-ya çağırılaraq onunla söhbət aparılıb. Daha sonra onun əməlinə görə üzürxahlıq etdiyi videomüraciət yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər