Modern.az

Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI

Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI

1 Dekabr 2020, 11:50

Şəhərin daha10 küçə və prospektində avtobusların rahat hərəkəti üçün xüsusi zolaqların təşkili nəzərdə tutulur.

 

Bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agnetliyinin (BNA) mətbuat katibi Mais Ağayevbildirib.

M.Ağayev qeyd edib ki, Agentliyin təklifləri əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi tərəfindən aşağıdakı küçə və prospektlərdə xüsusi zolaqların təşkilinə rəy verilib:

 

“Bunlar “Gəncə”, “Qara Qarayev”, “Atatürk” prospektləri, Mikayıl Hüseynov, Məhəmməd Hadi, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli,  Müzəffər Həsənov küçələridir. Küçələr müəyyənləşdirilərkən, oradan keçən ictimai nəqliyyat vasitələrinin sayı əsas götürülüb”.

 

 

BNA rəsmisi deyib ki, zolaqların pandemiya dövründə təşkilindəki əsas məqsəd günün pik saatlarında sərnişin sıxlıqlarının azaldılması, vətəndaşların səfər saatlarının minimuma endirilməsinə xidmət edir:

 

“Artıq Mikayıl Hüseynov küçəsində avtobuslar üçün zolaq ayrılıb. Qarşıdakı günlərdə həmin zolaqlarda xüsusi nişanlar qoyulacaq. Nişan qoyulduqdan sonra digər sürücülər həmin zolağa daxil ola bilməyəcəklər. Zolaq təyinatı üzrə xidmətə başladıqdan sonra ərazidən keçən 6 xətt üzrə sərnişindaşımalarının keyfiyyəti daha da yaxşılşacaq, vətəndaşlar daha az vaxt sərf etməklə mənzil başına çatacaqlar.

 

Hazırda pik saatlarda avtobuslar Bayraq meydanından şəhər istiqamətində  25 dəqiqəlik gecikmə ilə hərəkət edirlərsə, xüsusi zolaqlar vasitəsilə həmin yolu 4-5 dəqiqəyə qət edəcəklər. Bu həm pandemiya şəraitində sərnişinlərin avtobuslarda daha az vaxt keçirməsinə, həm də avtobusların daha sürətli hərəkətinə şərait yaradacaq. Avtobuslar buradan nə qədər tez keçəcəklərsə, qarşıdakı dayanacaqlara daha tez çatacaqlar”.

 

M.Ağayev deyib ki, qanuna uyğun olaraq, bu zolaqlardan operativ nəqliyyat vasitələri də istifadə edə biləcəklər.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a deyib ki, avtobuslar üçün nəzərdə tutulan zolaqlara xüsusi nəzarət ediləcək:

 

“Zolaqda digər nəqliyyat vasitələrinin istifadə edilməsinə icazə verilməyəcək. İnzibati xəta tərkibi yaranarsa, sürücülər məsuliyyətə cəlb edilə bilər. Ona görə də avtomobil sürücülərindən xahiş edirik ki, bu zolaqların yalnız ictimai nəqliyyat üçün nəzərdə tutulduğunu bilsinlər.

Yolboyu müxtəlif üsullarla zolaqlara nəzarət ediləcək. Bu zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkətinə yalnız zərurət yarandıqda, ərazidə xidmət göstərən polis əməkdaşının nizamı ilə icazə veriləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir