Modern.az

Maradonanın psixiatrının evində axtarış aparılır

Maradonanın psixiatrının evində axtarış aparılır

1 Dekabr 2020, 21:11

Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı istintaq işi davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə TN telekanalı bildirib.

 

Məlumata görə, polislər Maradonanın psixiatrı olan Aqustin Kosaçovun Buenos-Ayresdəki evində və klinikasında axtarış aparır.

 

Son aylarda Maradona ilə işləmiş həkim mərhum oyunçunun ölüm xəbəri açıqlanarkən evində olub.

 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib. Prokurorluq hazırda onun ölümünün səbəblərini araşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir