Modern.az

Kəlbəcərə komendant təyin olundu - RƏSMİ

Kəlbəcərə komendant təyin olundu - RƏSMİ

3 Dekabr 2020, 10:26

Ali Baş Komandan İlham Əliyevin fərmanına uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonunun komendantı təyin olunub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

 

E.Qasımov qeyd edib ki, hazırda şöbənin əməkdaşları Kəlbəcər rayonundadırlar və komendant rejiminin yerinə yetirilməsinə nəzarət edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi