Modern.az

Azərbaycanlı səfir: \"Allahın evinə necə əl qaldırmaq olar?\"

Azərbaycanlı səfir: \

3 Dekabr 2020, 18:16

“Ermənilər işğaldan azad edilmiş alban kilsələrinə görə narahat olmasınlar, Azərbaycan onları qoruyacaq,” – deyə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov yazıb.

 

Ermənilər bu gün Dağlıq Qarabağda müharibə bitdikdən sonra xristian kilsələri və abidələri mövzusunda əsl isteriyaya başlayıb. Sanki indi onlar Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasından sonra məhv ediləcək və ya alçaldılacaq. Onlar bütün gücləri ilə digər ölkələri və beynəlxalq təşkilatları buna inandırmağa çalışır və deməliyəm ki, bacarırlar. Misal üçün, Fransa Senatı erməni lobbisinin təsiri altında, bu yaxınlarda siyasətçilərin bu torpaqlarda yaşayan ermənilərə məxsus kilsələrin və digər mədəniyyət abidələrinin qorunması ilə bağlı narahatlığını ifadə edən Dağlıq Qarabağın tanınmasına dair qərar qəbul edib. Düzdür, sənəd hökumət tərəfindən təsdiqlənməyib, lakin yenə də. Qeyd edilməlidir ki, bəzi rus mədəniyyət xadimlərinin də bu məsələ ilə maraqlanır. Çətin ki, ermənilərin bəhs etdikləri bütün məbədlərin əslən burada qədim zamanlardan bəri yaşamış albanlara məxsus olduğunu bilsinlər. Bu torpaqlarda onlar ilk öncə IV əsrdə Xristianlığı qəbul edib, daha sonra kilsələr inşa edib və bu kilsələr dəfələrlə bərpa olunub və daima qorunub.

 

 

İlk ermənilər bu ərazilərdə 1828-ci ildən sonra meydana çıxıb, Rusiya imperiyası tərəfindən buraya yerləşdirilib. Bu ümumi məlumatdır. Və o zamandan bəri Qafqazda tarixi kökləri olmayan ermənilər burada yaşadıqlarına dair izləri süni şəkildə yaratmaq üçün alban abidələrinin özününküləşdirilməsi və milli mənşəyinin dəyişdirilməsi yolunu seçib. Xristianlıq dövrünün abidələri, xristian inancının emblemləri və simvolları daha çox özününküləşdirilməyə məruz qalıb. Bu da, yeri gəlmişkən, tarixin saxtalaşdırılması, əsl cinayətdir. Alban məbədlərinə gəldikdə, bunların bir qismi bu yaxınlarda ermənilərin özləri tərəfindən dağıdılıb. Bu, bir daha sübut edir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Allahın evinə qarşı necə əl qaldırmaq olar? Onlardan sonra qalanlar dövlət tərəfindən qorunacaqdır. Bunu Prezident İlham Əliyev özü bəyan edib və Qərb siyasətçilərini bu barədə narahat olmamağa çağırıb. "Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir," - deyə Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı qeyd edib. O əlavə edib ki, hazırda iki pravoslav kilsəsi dövlət vəsaiti hesabına təmir olunur. Azərbaycanda müxtəlif konfessiyaların, millətlərin nümayəndələri həmişə sülh və əmin-amanlıq şəraitində yaşayıb və yaşayırlar. Ölkə ən tolerant İslam dövləti kimi tanınır. Bakıda hələ də erməni kilsəsi var. Azərbaycan ərazisində bir çox pravoslav kilsələri də mövcuddur. Multikulturalizm hər mənada Azərbaycanın rəsmi ideologiyasıdır, ölkə bununla yaşayır. Azərbaycan bölgədə əsl mədəniyyət lideridir. Bu, Prezident İlham Əliyevin mövqeyi sayəsində mümkündür.

 

O, bölgədəki erməni əhalisinə qarşı təhdidin olmadığını və onlara Azərbaycan vətəndaşlarının bütün hüquqları veriləcəyini dəfələrlə söyləyib. Bu gün ölkəyə müasir dünyanın ən mədəni və savadlı liderlərindən biri rəhbərlik edir. Bu səbəbdən Qarabağdakı xristianları və pravoslav kilsələrini heç nə təhdid etmir. Yeri gəlmişkən, işğalın bütün 30 ili ərzində ermənilər Azərbaycanın mədəni irsini ələ saldığı, məscidləri, qəbiristanlıqları, ziyarətgahları dağıdıb təhqir etdikləri halda, dünya ictimaiyyətinin heç bir nümayəndəsi buna qəzəblənməyib. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi dəfələrlə dünya ictimaiyyətinə ermənilərin müsəlman məbədlərinə təcavüzünün dayandırılması çağırışı ilə müraciət edib. Hər kəs bölgədəki 67 məsciddən 64-nün tamamilə dağıdıldığına və bunlardan üçündə donuz da daxil olmaqla mal-qaranın saxlanılmasına göz yumub. Donuzların məsciddə saxlanılması müsəlman dinini alçaltmaq və dindarların hislərini təhqir etmək deməkdir. Bundan əlavə, hazırda erməni barbarları tərk edərkən yalnız məktəbləri, xəstəxanaları, məbədləri deyil, meşələri də yandırırlar. İctimai xadim Gülməmməd Məmmədovun dediklərinə əsasən, 27 illik “erməni işğalı” Dağlıq Qarabağın şəhəri Ağdamda (yalnız onun üçün olmasa da) Xirosimada olduğu kimi dağıdıcı olub. Twitter hesabında hər iki şəhərin fotoşəkilini yerləşdirib və onlar prakiti olaraq dağıntı sayı baxımından oxşar şəhərlərdir, məgər XXI əsrdə bu davranış normaldır? Azərbaycan beynəlxalq təşkilatlardan bu həqiqətə diqqət yetirmələrini xahiş edir.

 

 

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qudsi Osmanov

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir