Arxiv
5 Dekabr 2020, 14:43 | DİASPOR
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib

Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva antropoloq Entoni Holslaqın erməni böhtanına söykənən birtərəfli mövqeyini sərt tənqid edib.

 

Modern.az xəbər verir ki, “Trouw” qəzetində dərc olunmuş cavab məqaləsində M.Ağamirzəyeva bildirib ki, sözügedən nəşrin 20 noyabr 2020-ci il tarixli buraxılışında niderlandlı antropoloqun "Azərbaycanın Dağlıq Qarabağı ələ keçirməsinin arxasında soyqırım planı dayanır" kimi təəssürat yaratmağa çalışması kökündən yanlışdır. Çünki Dağlıq Qarabağ münaqişəsi başlayandan etnik təmizlənməyə, Xocalı soyqırımına məruz qalan, öz vətənində məcburi köçkün durumuna düşən Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun azərbaycanlı əhalisi olub. O, xatırladıb ki, həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar, 1992-1993-cü il işğalından sonra Kəlbəcərdə və digər rayonlarda məskunlaşan ermənilərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq torpaqlarımızı tərk etməsi qanunauyğundur.

 

Müəllif xüsusilə nəzərə çatdırıb ki, "Dağlıq Qarabağın Sovetlər dövründə Azərbaycana verildiyi" iddiası tamamilə yalandır. Beynəlxalq birlik və təşkilatlar Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycan ərazisi kimi tanıyıb. Buna nümunə olaraq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi göstərilib.

Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etmək və milyona yaxın məcburi köçkün durumuna düşmüş vətəndaşını doğma evlərinə qaytarmaq hüququna malik olduğunu xatırladan müəllif vurğulayıb ki, münaqişənin sülh yolu ilə həll olunmasına dair 30 illik danışıqlar nəticəsiz qalıb və Ermənistan işğalçı siyasətinə son qoymayıb.

 

Ermənistanın işğalçı və etnik təmizləmə siyasətindən Holslaqın söz açmadığına diqqəti cəlb edən M.Ağamirzəyeva məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin "Mübarizəmiz Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan erməni əhalisinə qarşı deyil. Biz erməni işğalçılarına qarşı mübarizə aparırıq" fikrini xatırladıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.trouw.nl/opinie/genocide-in-nagorno-karabach-die-suggestie-wekken-is-zeer-kwalijk~bd40119c

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini MÜZAKİRƏ EDƏCƏK 26 Yanvar 2021, 10:42 Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29