Arxiv
21 Dekabr 2020, 10:07 | ƏDƏBİYYAT
İrəvanda Rəşid Behbudov, Zeynəb Xanlarova, Nəzakət Məmmədovanın valları...

İrəvanda ilk dəfə 1985-ci ildə olmuşdum. O zaman Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi əlaqələr sektorunun müdiri idim. Ermənistan EA-nın Ədəbiyyat İnstitutu ilə birlikdə “Azərbaycan-erməni ədəbi-mədəni əlaqələri” adlı kollektiv kitab hazırlamaq barədə razılığa gəlmişdik. Plan-prospekt tərtib etmək, mövzular və müəlliflər heyəti haqda ilkin müzakirələr aparmaq üçün İnstitutdan İrəvana ezamiyyətə göndərilmişdim.

Aradan 35 il keçib.

İndi həmin günləri xatırlayanda görürəm ki, bu üçdə bir əsr ərzində erməni cəmiyyəti sözün həqiqi mənasında tam vəhşiləşib.

Məncə, o zaman insanlıq meyarlarına az-çox cavab verənlər hələ vardı.

İrəvan xoşuma gəlmədi. Sönük, cansıxıcı təsir bağışlayırdı. Bilmirəm, mənə elə gəlirdi, yoxsa həqiqətən belə idi – getdiyim hər yerdə nə isə əsəbi bir atmosferin, didişmə ab-havasının hökm sürdüyünü hiss edirdim.

Amma heyrətləndiyim məqamlar da oldu. Mağazalarına baxanda bizdən daha yaxşı yaşadıqlarını görməmək mümkün deyildi. Özümüzün istehsal etdiyimiz, amma çətinliklə tapdığımız mallar burada ürəyin istəyən qədər idi.

İnstitutda məni normal qarşıladılar. Bir dəfə şöbədə, bir dəfə isə restoranda şərəfimə ziyafət düzəltdilər. Xüsusi düşmən münasibət hiss etmədim. Yalnız restoranda yanaşı oturduğumuz erməni həmkarım xeyli içəndən sonra ehtiyatla istəsəm məni soyqırımı abidəsinə apara biləcəyini dedi, o zaman heç adlarını əməlli-başlı bilmədiyim Tələt və Ənvər paşanı pisləməyə başladı. Amma ertəsi gün nə mən abidəyə getməyə maraq göstərdim, nə də o təkid etdi.

Başqa bir əməkdaş isə məni evinə qonaq çağırdı. O qədər də imkanlı olmadığı dərhal sezilirdi. Amma yaxşı süfrə açmışdı. Mənə fəxrlə köhnə patefonun yanına qalaqlanmış valları göstərdi. Rəşid Behbudov, Zeynəb Xanlarova, Nəzakət Məmmədova – hamısı Azərbaycan musiqisi idi. Bir az içəndən sonra haradansa köhnə bir dəf tapıb gətirdi. Qulağına tutub bacardığı şəkildə “Küçələrə su səpmişəm”, “Üçtelli durna” və s. mahnılarımızı mızıldandı.

Gəldiyim gün axşam şəhəri gəzməyə çıxmışdım. Deyəsən, oteldən çox uzaqlaşmışdım. Geri qayıtmaq üçün yolu tapa bilməyəcəyimi görüb bir taksi saxladım. Ünvanı deyən kimi sürücü Azərbaycan dilinə keçdi.

-Bakıdansan?

-Aha.

-Mən də Bakıdan köçüb gəlmişəm. Ara, ehtiyatlı ol. Gecə vaxtı belə yerlərdə tək gəzmə. Tutub adamın başın kəsərlər.

-Hamının başın kəsirlər? – deyə söhbəti zarafata çevirmək istədim.

-Yox. Türkün, musurmanın...

Vur-tut iki ildən sonra taksi sürücüsünün dediyi prosesə start verildi... Və bizi tam hazırlıqsız yaxaladılar.


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Uşaq bağçaları da açılır? 18 Yanvar 2021, 11:32 Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI 18 Yanvar 2021, 11:27 Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırladı 18 Yanvar 2021, 11:25 Südün tərkibi və bioloji xüsusiyyətləri - MƏQALƏ 18 Yanvar 2021, 11:22 Ağdamın Xıdırlı kəndi - VİDEO 18 Yanvar 2021, 11:18 İcra başçısı Şəhid məzarlarını ziyarət etdi - FOTO 18 Yanvar 2021, 11:13 Oqtay Şirəliyevə vaksin vuruldu - VİDEO 18 Yanvar 2021, 11:08 Qazax sakinindən silah və narkotik götürüldü - FOTOLAR 18 Yanvar 2021, 11:04 Vahid Əhmədov: “Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar” 18 Yanvar 2021, 10:59 Vaksin vurduran şəxslərə COVID-19 pasportu VERİLƏCƏK 18 Yanvar 2021, 10:56 Cəbrayıl və Qubadlıda daha 3 erməni hərbçinin cəsədi TAPILDI 18 Yanvar 2021, 10:53 Nazirlik 20 Yanvarla bağlı müraciət etdi 18 Yanvar 2021, 10:49 Polietilen torbaların ishtehsalı və satışı bu tarixdən tam qadağan olunacaq   18 Yanvar 2021, 10:44 Şuşada beşmərtəbəli binada YANĞIN 18 Yanvar 2021, 10:38 Yol polisi vətəndaşalara müraciət etdi 18 Yanvar 2021, 10:33 Prokuror olmaq istəyənlərin nəzərinə 18 Yanvar 2021, 10:28 Postlardan 4 min maşın geri qaytarıldı 18 Yanvar 2021, 10:23 Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ 18 Yanvar 2021, 10:21 Bu ölkədə hərbçilər evdən xidmət aparacaq – MARAQLI 18 Yanvar 2021, 10:16 Daha bir tanınmış həkim vəfat - FOTO 18 Yanvar 2021, 10:10 Xəzan bilməyən fəsildir şair ömrü   18 Yanvar 2021, 10:05 Miqrasiya xidməti əcnəbilərə müraciət etdi 18 Yanvar 2021, 10:00 Qərb Navalnının saxlanılmasını pislədi – Yeni sanksiyalar hazırlanır 18 Yanvar 2021, 09:55 Azərbaycanda koronavirus peyvəndləri birinci onlara VURULACAQ 18 Yanvar 2021, 09:49 Cəbrayıl polisi Bakı sakinlərini narkotiklə tutdu 18 Yanvar 2021, 09:48 Hay sürüsünün növbəti uydurma əsərinə aid mülahizələr - II HİSSƏ 18 Yanvar 2021, 09:43 Türkiyədə zəlzələ baş verdi 18 Yanvar 2021, 09:38 30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR 18 Yanvar 2021, 09:32 Neft yenidən ucuzlaşdı 18 Yanvar 2021, 09:26 Deputatlar işə çıxdılar 18 Yanvar 2021, 09:20 Millimizin heyəti açıqlandı 18 Yanvar 2021, 09:15 Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçdi 18 Yanvar 2021, 09:09 ABŞ Ukraynaya növbəti hərbi yardım göndərib 18 Yanvar 2021, 09:06 Ermənistana yeni müdafiə naziri təyin olunub 18 Yanvar 2021, 09:00 Həftənin ilk iş günü üçün dolların MƏZƏNNƏSİ 18 Yanvar 2021, 08:15