Modern.az

Ön cəbhədə olan zabit-jurnalist qələbəmizin səbəblərini açıqladı

Ön cəbhədə olan zabit-jurnalist qələbəmizin səbəblərini açıqladı

23 Dekabr 2020, 20:00

Hazırda ön cəbhədə olan AzNews.az Analitik İnformasiya Portalının Baş redaktoru Taleh Şahsuvarlı Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günü münasibəti ilə təbrik mesajı yayımlayıb.

O, bu mesajında ordumuzun 44 günlük müharibədəki qələbəsini şərtləndirən əsas amilləri də açıqlayıb:


"Sabah Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə Vətən Savaşındakı möhtəşəm zəfərimiz barədə bir neçə kəlmə qısaca demək istəyirəm.

Biz bu müqəddəs savaşda ona görə qalib gəldik ki:

1) Azərbaycanın müstəqillik illərində xalqımız öz passionar enerjisini bərpa etmiş, bu enerji döyüş meydanında Silahlı Qüvvələrimizin şəxsi heyətinin rəşadətinə çevrilmişdi. Ordu elə yerdir ki, orada ən müxtəlif kateqoriyadan insanlar olur. Bu vətən savaşında mən çox üzlər və tiplər gördüm, amma "Qarabağ Azərbaycandır!" deməyən kimsəyə rast gəlmədim.


2) Azərbaycan Ordusu mükəmməl və müasir silahlara malik idi. Şəffaf yolla aldığımız bu silahlar, xüsusən də "Bayraqdar" düşmənə dərinliklərdə zərbə endirməyə imkan verdi. İşğalçı ordunun arxadan təminatının məhv edilməsi ön cəbhədə istehkamlarının yarılmasını sürətləndirdi.


3) Zamanlama mükəmməl idi. Dünyanın başı pandemiyaya, ABŞ-ın başı seçkilərə qarışmışdı. Türkiyə birmənalı olaraq yanımızda, Rusiya isə ən azı döyüş meydanında qarşımızda deyildi. Ermənistan təkləndi və təslim oımaqdan başqa bir yolu qalmadı.


4) Azərbaycan düşmənə qarşı hibrid müharibə apardı, ən müxtəlif təyinatlı silahlı birləşmələrimiz kombinə olunmuş şəkildə, tapşırıqları düzgün inteqrasiya olunaraq işğalçı ordunun üstünə yeridi. Bu əsl milli mücadilə idi. Sadəcə ön cəbhədə deyil, arxa cəbhədə də gerçək qəhrəmanlar üzə çıxdı. 


5) Bütün bu şəraiti yaradan, dəngələri quran, koordinasiya edən və yönəldən öz yüksək liderlik və sərkərdəlik qabiliyyəti, diplomatik məharəti ilə İlham Heydər oğlu Əliyevdir.


Baş qazimizə, zəfər yürüşümüzün bayraqdarına eşq olsun!".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi