Arxiv
29 Dekabr 2020, 12:30 | TƏHSİL
Bakıda 1 məktəb direktoru və 18 müəllim koronavirusdan ÖLÜB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və Vətən Müharibəsi iştirakçısı olmuş paytaxt müəllimləri iştirak ediblər.

 

Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə iştirakçıları salamlayan BŞTİ müdiri Mehriban Vəliyeva düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyini, xalqımızın Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun əzzmi sayəsində tariximizin ən parlaq zəfərlərindən birini qazandığını bildirib.

 

İdarə müdiri "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Faəliyyət Planına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi dövründə ölkəmizi şanlı qələbəyə aparan daxili və xarici siyasətinin təbliği ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması vəziyyəti, ordumuzun və dövlətimizin əldə etdiyi uğurların mütəmadi təşviqinin aparılması kimi məsələlərə diqqət çəkib.  

BŞTİ müdiri Vətən Müharibəsində iştirak edən müəllimlərin təkcə sinif otaqlarında deyil, döyüş meydanındakı qəhrəmanlıqları ilə şagirdlərə vətənpərvərlik dərsi keçməyin mümkünlüyünü sübut etdiklərini, məktəblilər üçün örnək olduqlarını qeyd edib. İdarə müdiri xüsusi karantin rejimi bitdikdən sonra Vətən Müharibəsində iştirak etmiş müəllimlərlə bir daha görüşəcəyini də söyləyib.

 

M.Vəliyeva çıxışı zamanı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 1 direktor və 18 müəllimin koronavirus infeksiyasından vəfat etdiyini bildirib. Vəfat edənlərə rəhmət diləyən İdarə müdiri belə faciəli nəticələrdən qorunmaq üçün hər kəsin müvafiq qaydalara əməl etməsinin zəruriliyini vurğulayıb.

 

BŞTİ müdiri distant (məsafədən) formada tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. Nazirlər Kabinetinin qərarına əsasən, distan təhsilin müddətinin 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadıldığına və distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyinə toxunub.

 

M.Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

 

Çıxışı zamanı M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını bildirib. Pandemiyanın geniş vüsət alması ilə bağlı şagirdlər və valideynlər arasında maarifləndirmə işlərinin daha da geniş formada aparılmasının vacibliyini xatırladıb.

 

BŞTİ müdiri keyfiyyətə nəzarət, qiymətləndirmə, ictimiyyətlə əlaqələr, sosial şəbəkələrlə iş, informasiya mübadiləsi, olimpiadalara hazırlıq səviyyəsinin təşkili, məktəb saytlarına nəzarət, və digər məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndirib.

 

İdarə müdiri tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yen il münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sonda BŞTİ tərəfindən Fəxri fərmana layiq görülən 24 məktəb direktorunun adları açıqlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00