Modern.az

Milli Məclisin payız sessiyası başa çatdı

Milli Məclisin payız sessiyası başa çatdı

30 Dekabr 2020, 13:30

Bu gün payız sessiyasının son iclasıdır.

 

Modern. Az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən Payız sessiyasının sonuncu iclasında çıxış edən sədr Sahibə Qafarova bildirib.

 

Sahibə Qafarova payız sessiyası boyunca görülən işlər barədə danışıb:

 

“Payız sessiyasında Milli Məclisdə 19 iclas keçirilib. 86 qanun və qərar qəbul edilib. Möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləmək üçün zəruri işlər həyata keçirilib.


Həmçinin parlamentin payız sessiyası Böyük Vətən Müharibəsi ilə eyni vaxta təsadüf edib. Qarabağın qurtuluşu uğrunda gedən müharibədə Azərnbayan parlamenti də qəlbən döyüş bölgəsində olub. Milli Məclisin sədri və deputatlarımız yerli və xarici mediaya müsahibələr vermiş, xalqımızın haqq işinə öz töhfəsini verib. Azərbaycan xalqına və Ali Baş Komandana müraciət də qəbul edilib. YAŞAT Fonduna deputatlar və Aparat və İşlər İdarəsinin İşçiləri tərəfindən 182 min ianə köçürülüb. Komitə və komissiyaların iclasıları onlayn keçirilib. Bir sıra xarici ölkələrin səfirləri Milli Məclisdə olub. TBMM-nin sədri Mustafa Şəntop parlamentdə olaraq çıxış edib. Azərbaycanın haqq işini dəstəklədiklərini bir daha ifadə edb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir