Arxiv
2 Yanvar 2021, 08:32 | TƏHSİL
ABŞ-da azərbaycanlı şagird Trampın xüsusi mükafatına layiq görüldü - FOTO

ABŞ-ın Merilend ştatının “Crofton” məktəbində təhsil alan həmyerlimiz, 14 yaşlı Xədicə İbrahimova təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence” mükafatına layiq görülüb.

 

Modern.az xəbər verir ki, Xədicənin atası İmamverdi İbrahimov “Report”a müsahibəsində bildirib ki, qızı hələ kiçik yaşlarında xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənib və təhsil aldığı məktəbdə bu günə qədər müxtəlif fənlər üzrə uğurlarına görə 40-dan çox mükafat alıb: "Həyat yoldaşım da, mən də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişik. 2005-ci ildən ABŞ-da yaşayırıq. İki övladım var - Xədicə və Dəniz. Xədicə 2006-cı ildə Vircinyada doğulub. Hazırda 9-cu sinif şagirdidir. Dəniz isə birinci sinfə gedir.

 

Xədicə hələ 5 yaşından məktəbdə oxumağa başladı. Hazırda riyaziyyat və inglis dili üzrə xüsusi istedadlı uşaqlardan ibarət proqram üzrə təhsil alır”.

 

 

O, qeyd edib ki, ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdlər üçün müəyyən olunmuş mükafat Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında verilir: “Sevinirəm ki, övladım məhdud sayda şagirdin layiq görüldüyü ABŞ Prezidentinin mükafatını aldı. Mükafat Xədicəyə Prezident Trampın və Təhsil nazirinin adından təqdim edildi. Xədicə bu günə qədər məktəbdə müxtəlif nominasiyalar üzrə onlarla mükafata layiq görülüb. Ancaq Donald Trampın imzası ilə verilən bu mükafat onun bütün təhsil uğurlarının zirvəsi oldu”.

 

Məktəbin direktoru bu münasibətlə ailəyə zəng edərək onları təbrik edib: “Onlar bu naliyyətə bizim qədər sevinirlər. Çünki Xədicənin uğuru onun təhsil aldığı məktəbin də nailiyyətidir”.

 

İmamverdi İbrahimov deyib ki, Xədicə ABŞ-da doğulsa da, Azərbaycan dilini mükəmməl bilir və arzusu Qarabağa getməkdir: “Biz evdə Azərbaycan dilində danışırıq. Çalışıram ki, övladlarım vətənpərvər ruhda böyüsünlər, düşmənləri, dostları yaxşı tanısınlar.

Övladlarım Azərbaycanın dünəni, bu günü, tarixi haqda məlumatlıdılar. 44 günlük Vətən Müharibəsində mənə Qarabağ haqqında çox suallar verdilər və onları məlumatlandırdım".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbrayıl və Qubadlıda daha 3 erməni hərbçinin cəsədi TAPILDI 18 Yanvar 2021, 10:53 Nazirlik 20 Yanvarla bağlı müraciət etdi 18 Yanvar 2021, 10:49 Polietilen torbaların ishtehsalı və satışı bu tarixdən tam qadağan olunacaq   18 Yanvar 2021, 10:44 Şuşada yanğın oldu 18 Yanvar 2021, 10:38 Yol polisi vətəndaşalara müraciət etdi 18 Yanvar 2021, 10:33 Prokuror olmaq istəyənlərin nəzərinə 18 Yanvar 2021, 10:28 Postlardan 4 min maşın geri qaytarıldı 18 Yanvar 2021, 10:23 Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ 18 Yanvar 2021, 10:21 Bu ölkədə hərbçilər evdən xidmət aparacaq – MARAQLI 18 Yanvar 2021, 10:16 Daha bir tanınmış həkim vəfat - FOTO 18 Yanvar 2021, 10:10 Xəzan bilməyən fəsildir şair ömrü   18 Yanvar 2021, 10:05 Miqrasiya xidməti əcnəbilərə müraciət etdi 18 Yanvar 2021, 10:00 Qərb Navalnının saxlanılmasını pislədi – Yeni sanksiyalar hazırlanır 18 Yanvar 2021, 09:55 Azərbaycanda koronavirus peyvəndləri birinci onlara VURULACAQ 18 Yanvar 2021, 09:49 Cəbrayıl polisi Bakı sakinlərini narkotiklə tutdu 18 Yanvar 2021, 09:48 Hay sürüsünün növbəti uydurma əsərinə aid mülahizələr - II HİSSƏ 18 Yanvar 2021, 09:43 Türkiyədə zəlzələ baş verdi 18 Yanvar 2021, 09:38 30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR 18 Yanvar 2021, 09:32 Neft yenidən ucuzlaşdı 18 Yanvar 2021, 09:26 Deputatlar işə çıxdılar 18 Yanvar 2021, 09:20 Millimizin heyəti açıqlandı 18 Yanvar 2021, 09:15 Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçdi 18 Yanvar 2021, 09:09 ABŞ Ukraynaya növbəti hərbi yardım göndərib 18 Yanvar 2021, 09:06 Ermənistana yeni müdafiə naziri təyin olunub 18 Yanvar 2021, 09:00 Həftənin ilk iş günü üçün dolların MƏZƏNNƏSİ 18 Yanvar 2021, 08:15 Putinin mətbuat katibindən Navalnının saxlanılmasına reaksiya: “Onu Almaniyada saxlayıblar?” 18 Yanvar 2021, 01:01 Türkiyəni tərk etmək istəyən FETÖ-çülər ələ keçirildi 18 Yanvar 2021, 00:54 Tanınmış həkim qəfil öldü - FOTO 18 Yanvar 2021, 00:41 Bakıda süpürgəçini maşın vurdu 18 Yanvar 2021, 00:30 Bu gündən koronavirusa qarşı peyvəndləmə başlayır 18 Yanvar 2021, 00:16 “SMS” icazə ləğv olundu 18 Yanvar 2021, 00:05 Azərbaycanda sərt karantin rejimi yumşaldıldı 18 Yanvar 2021, 00:00 Paytaxtın iki rayonunda yanğın 17 Yanvar 2021, 23:56 Universitet müəllimi koronavirusdan öldü - FOTO 17 Yanvar 2021, 23:49 Ordudan tərxis olunan könüllü əsgər vəfat etdi 17 Yanvar 2021, 23:35