Arxiv
2 Yanvar 2021, 15:35 | ANALİTİKA
Şuşanı alandan sonra iki yolumuz vardı: ya Xankəndiyə girməliydik ya da...

“Şuşanı azad etdikdən sonra iki yolumuz var idi. Birinci yol Şuşada yerləşən ordu Xankəndiyə daxil olur və erməni separatçıların yerdə qalanı mühasirəyə alınmaqla məsələ birdəfəlik həll edilir, ikinci yol bir qisim şərtlərimizin yerinə yetirilməsi qarşılığında Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verilir.

Əlbəttə, biz birinci yola üstünlük verirdik. Məqsədimiz Dağlıq Qarabağda müxtəlif fasilələrlə 100 ildən çoxdur davam edən separatizmin kökünü birdəfəlik kəsmək idi. Bu zaman Azərbaycan qanunlarını qəbul etməyən mülki ermənilər üçün dəhliz saxlamalıydıq ki, onlar Dağlıq Qarabağı tərk etsinlər. İndiki şərtlər altında hansısa erməninin Azərbaycan qanunlarını və pasportunu qəbul edəcəyini zənn etmirəm. Hamısının beyinləri zəhərlənib, sağalmağa hələ çox vaxt var. Demək ermənilər bölgəni tamamən tərk edəcəkdilər. Yəni birinci ssenariyə görə, ordumuz itkilər verərək Xankəndiyə daxil olur, Kəlbəcər, Laçın və Ağdamdakı yerdə qalan separatçıları məhv edir və bununla tarixi problemi həll etmiş oluruq”.

Modern.az-ın məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Dağlıq Qarabağda yaranmış hazırkı situasiyanı şərh edərkən bildirib.


E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan Ordusu Xankəndiyə girəvcəyi təqdir Rusiya buna seyrçi qalmayacaqdı. Çünki ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi, separatçılığa başlaması və əbədi olaraq azərbaycanlılara problem yaradılması Rusiyanın layihəsidir.

“Rusiya bu layihəsindən imtina edərdimi?


Şuşanın azad olunmasından sonra Rusiya bizə “qırmızı çizgiləri” göstərdi və gün ərzində təzyiq artdı. Ancaq biz bu təzyiqə rəğmən, işi bitirməliydikmi və işi bitirsəydik bizi hansı problemlər gözləyəcəkdi? Dağlıq Qarabağda erməni qalmasaydı Rusiya və Qərb ölkələri bizi etnik təmizləmədə ittiham edəcəkdilər. Hətta bu ittihamları göz önünə alaraq Türkiyə ilə məsləhətli şəkildə sona qədər getməliydikmi?


Bu sualları sonsuza qədər uzatmaq olar. Ona görə də mümkün təhlükələr və risqlər göz önünə alınaraq, ikinci varianta üstünlük verildi və işin içində Türkiyə də var idi. Digər tərəfdən biz hətta istədiklərimizin tamamını əldə etsəydik belə müharibədə qaliblə məğlub arasında ilkin razılıq əldə etmək üçün vasitəçi dövlətə ehtiyac yaranacaqdı. Çünki Naxçıvanla dəhliz və sərhədlərin müəyyənləşməsi üçün təminatçı dövlət mütləq olmalıydı. Rusiya bir başqasının təkbaşına vasitəçi olmasına imkan verməyəcəkdi. Laçının, Kəlbəcərin, Ağdamın azad olunması, Ermənistanla sərhədin müəyyənləşməsi və Naxçıvana dəhlizin açılması şərtilə Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verildi. Ancaq bu qərarın qəbulu zamanı da bilinirdi ki, işimiz tam bitmədi və gələcəkdə bizi başqa problemlərin həlli gözləyəcək.


Bu problemlər özünü gözlətmədi və sayı hər gün artır. Yeni mərhələdə bu problemlərin həllini Türkiyə ilə birgə sürətləndirməliyik. Erməni separatçıları tam tərksilah olunmalı, azərbaycanlılar Şuşanın bütün kəndlərinə, Xocalıya və Xankəndinə qayıtmalı, bölgədə Azərbaycan qanunları işləməlidir. Aydındır ki, bu, bir gün və bir ay içində baş verməyəcək. Separatizmlə mübarizəni çoxşaxəli şəkildə davam etdirməliyik. Başqa alternativimiz yoxdur. Sadəcə, rəsmilərimiz müharibə günlərində olduğu kimi cəmiyyətə mövcud vəziyyəti izah etməli, bu mərhələdəki problemləri necə həll edəcəyimizi anlatmalıdırlar. Məsələn jurnalistlər və sadə vətəndaşlar sual verirlər ki, cinayət işi açdığımız Araik Arutunyan necə olur ki, hələ də sərbəstdir və Azərbaycan ordusuna qarşı yeni hərbi istehkamlar qurur? Və ya Rusiya niyə erməni separatçılarını tərksilah etmir? Əlbəttə, bu suallara siyasi ekspertlərin müxtəlif cavabı var, ancaq rəsmi cavab variantı da səslənməlidir ki, cəmiyyət narahatlıq içində olmasın. Bir sıra suallara indiki şərtlər daxilində cavab verməyin çətin olduğunu anlamaq mümkündür. Ancaq susmaq da çıxış yolu deyil”,- politoloq bildirib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50