Modern.az

Paşinyan Moskvadan ermənilərə mesaj yolladı - Moskva görüşünə ŞƏRH

Paşinyan Moskvadan ermənilərə mesaj yolladı - Moskva görüşünə ŞƏRH

11 Yanvar 2021, 22:27

“Gözlənildiyi kimi, Moskvada heç bir siyasi sənəd imazalanmadı. Moskvada yalnız əməkdaşlıqla bağlı ümumi bəyanat imzalandı. 4 maddəlik bəyanatın ümumi məğzi budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq, əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək”.

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də Moskvada imzaladıqları Bəyanatı şərh edərkən deyib.

E.Şahinoğlunun sözlərinə görə, işçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb.

“Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxildir. Olsun, işçi qrup çərçivəsində müzakirələrdən də çəkinmək lazım deyil. Bizim şərtlərimiz bəllidir və onlar yerinə yetirilməlidir”.

Politoloq deyib ki, bütün hallarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan və Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin və daşımaçılğın perpektivi dumanlıdır.


E.Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada liderlərin ortaq mətbuat konfransında narazılığını səsləndirməkdən çəkinmədiyinə də diqqət çəkib:

“Paşinyan “təəssüf ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır” deyə bildirdi.

Birincisi, bizim üçün status məsələsi bitib, bu müzakirə predmeti deyil, ikincisi Azərbaycan prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər. Paşinyan “status və əsirlərlə” bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O, Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı