Arxiv
13 Yanvar 2021, 11:30 | DİASPOR
Postmüharibə dövründə diasporun fəaliyyəti necə qurulmalıdır?

Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısında yeni vəzifə və məsuliyyətlər qoyur. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibə və onun nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatıdırılması, diaspor və lobbiçilik istiqamətində gələcək fəaliyyət planları ilə bağlı xaricdə yaşayan ziyalılarımızın təklifləri maraqlıdır.

 

 

“Ermənistan məsələsi ilə bağlı bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik”

Modern.az xəbər verir ki, Yaponiyada yaşayan azərbaycanlı alim, Tokio Universitetinin doktoru, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər hesab edir ki, diaspor işi davamlı bir prosesdir. Hər bir mərhələdə yeni məqsədlərlə fəaliyyətə başlayıb nəticələrə nail olmaq lazımdır. “Amma Ermənistan məsələsi proses deyil və başa çatmayan fəaliyyətdir, ona görə də bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik. Ölkədə elm, mədəniyyət, iqtisadiyyat, texnologiya, süni zəka xalqımızın təhlükəsizliyi və Azərbaycanın uğurlu gələcəyi naminə inkişaf etdirilməlidir. Bu istiqamətdə diaspor daha yaxşı vasitə ola bilər. Bu o deməkdir ki, siz hər hansı bir sənədi hazırlayaraq diasporun rəyini aldıqdan sonra onu yenidən işləyib həyata keçirmək üçün təkrar diaspora göndərirsiniz. Diaspor isə bizim haqq səsimizi çatdırmaq üçün hər bir ölkədə yerli media mənbələri ilə əlaqələr qurulmasını davam etdirir. Bütün bu fəaliyyətlər dünyadakı diasporumuz tərəfindən eyni zamanda reallaşmalıdır. Bu işdə sosial şəbəkələrdə aktiv olan diaspor üzvlərinin dəstəyindən də istifadə etmək olar” – deyə X.Kələntər qeyd edib.

 

 

“Xaricdəki azərbaycanlılar ermənilərin təsirində olan mərkəzlərlə dialoq qurmalıdır”

ABŞ-ın Men ştatının "Qaçqınların Məskunlaşması Federal Proqramı"nın koordinatoru, Meyn–Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun fikrincə, Vətən müharibəsindən sonra başlayan yeni dövrdə diasporun qarşısındakı əsas vəzifə yenə də siyasi dairələrlə işləyərək təsir imkanlarımızı artırmaqdır: “Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) olaraq lobbiçilik istiqamətində işimizi gücləndirməliyik. Bundan başqa, ikinci mərhələ diasporun yaxından iştirakı ilə lobbiçiliyin koordinasiyalı şəkildə aparılmasıdır. Üçüncüsü, hesab edirəm ki, akademik sahədə fəaliyyətimizi gücləndirib seminarlar, elmi konfranslar keçirməli, tədqiqatlar aparmalı, universitetlərdə güclü təbliğat işi qurmalıyıq. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq siyasətimizi fərqli qurmalıyıq. Güclü təmsilçilik üçün akademik sahədə də ciddi işlər görülməlidir. Mədəni təbliğatı davam etdirərək mütəmadi şəkildə tədbirlərin keçirilməsini təmin etməli və bu istiqamətdə təbliğatımızı gücləndirməliyik. Biz, ABŞ-da yeni bir proqramla - burada yaşayan azərbaycanlıların ermənilərin təsir etdiyi mərkəzlərlə hansısa formada dialoq qurması istiqamətində işləməyi düşünürük. Amma qarşıdakı 5 il ərzində bizə qarşı nifrətin azalması üçün nəticələr əldə etmək məqsədilə iş mexanizmini indidən düşünməliyik.
Cənab Prezidentin sülhməramlı çıxışlarına, sülhə çağırışlarına uyğun olaraq iki xalq arasında təmasların qurulması proseslərinə biz də burada başlaya bilərik. Məsələn, burada sülh proqramları var ki, fələstin və israilli tələbə-şagirdləri gətirir, bir ay ərzində onlar ünsiyyətə girir və bir-birini tanıyır. Bu modeli biz də tətbiq edə bilərik. Eyni zamanda, bu, ABŞ Dovlət Departamentinin qrantları əsasında da təşkil oluna bilər.
Eyni zamanda, ABŞ-da yaşayan gənclər və uşaqlar arasında milli dəyərləri yaşatmaq üçün daimi maarifləndirmə işləri aparılmalıdır. Düşünürəm ki, ABŞ-da azərbaycanlı diaspor gənclərinin düşərgələrini keçirmək olar. Çünki buradan bir çox gəncin Azərbaycandakı düşərgəyə qatılmaq imkanı olmur. Amma bunu ABŞ-ın hər hansı ştatında keçirsək, müxtəlif ştat və şəhərlərdən çox sayda azərbaycanlı gənc qatıla bilər. Yəni gələcəyin liderlərini biz indidən hazırlamalıyıq. Bu istiqamətdə ABŞ-da yaşayan dəyərli ziyalılarımızın potensialından da yararlana, həmçinin, Bakıdan da dəvət edə bilərik. Gənclərlə çox işləməliyik ki, onlar bizim səfirlərimiz kimi gələcəkdə millətini yüksək səviyyədə təmsil edə bilsin.
Düzdür biz qalib ölkəyik, amma informasiya müharibəsi dayanmayıb, təxribatlar olur. Odur ki, qələbəmizi daha da möhkləmləndirmək üçün burada siyasi, akademik dairələr və mətbuatla əlaqələrimizi genişləndirməliyik. Kitablar yazılmalı, çap edilməli, ABŞ kitabxanalarında yayılmalıdır. Məsələn, təklif edərdim ki, biz Amerikada yaşayan 100 azərbaycanlı haqqında bir kitab çap etdirib, müxtəlif kitabxanalarda, universitetlərdə geniş yayaq. Bunu başlayıb tədricən həyata keçirməliyik. Dövlət Komitəsi isə müxtəlif ölkələrdəki həqiqi, nüfuzlu diaspor liderlərilə daha sıx əlaqələr qurmalı, onların fikirlərindən, təkiflərindən faydalanmalıdır”.

 

 

“Azərbaycanı dəstəkləyən qrupların formalaşması lazımdır”

Yeni Zelandiyada aktiv siyasi fəaliyyətlə məşğul olan, iş adamı Tofiq Məmmədova görə isə müxtəlif ökələrdəki soydaşlarımızın milli maraqlar üzərində qurulmuş birliyini bundan sonra da qoruyub saxlamaq və möhkəmləndirmək vacib məsələlərdən biridir: “Bu istiqamətdə diasporla yanaşı, həmin ölkələrdəki səfirliklərimiz də böyük rol oynaya bilər. Ümumiyyətlə, xaricdə Azərbaycanı dəstəkləyən qrupların formalaşması və əlaqələrin gücləndirilməsi üçün diasporla səfirliklərin birgə fəaliyyəti zəruridir. Vətən müharibəsi zamanı, informasiya savaşında da Azərbaycan dövləti, xalqı və diasporu bütün gücünü səfərbər edib haqlı mövqeyimizi dünyaya çatdırmağa çalışdı. Bu istiqamətdə müəyyən nəticələr, irəliləyişlər əldə olunsa da, hələ görüləcək işlər çoxdur və bizi qarşıda daha ciddi fəaliyyətlər gözləyir.

Eyni zamanda, azərbaycanlıların bir araya gətirilməsi, onların potensialından düzgün və faydalı şəkildə istifadə olunması vacib amillərdəndir. Bunun üçün müxtəlif ölkə və şəhərlərdəki mədəniyyət mərkəzlərinin sayını artırmaq, olmayan yerlərdə isə yenilərini yaratmaq lazımdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? – Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22 Yük avtomobilindən 38 ədəd “Iphone 12” götürüldü - VİDEO 22 Yanvar 2021, 14:16 Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək - Şöbə müdiri 22 Yanvar 2021, 14:10 Xüsusi təhsil müəssisələrinin fəaliyyəti bərpa oluna bilər 22 Yanvar 2021, 14:05 Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN 22 Yanvar 2021, 14:00 Niyazi Bayramov şəhid və qazi ailələrinin problemləri ilə maraqlanıb 22 Yanvar 2021, 13:57 Co Bayden qazaxıstanlı xanıma vəzifə verdi - FOTO 22 Yanvar 2021, 13:53 İtkin düşən leytenantın şəhid xəbəri gəldi 22 Yanvar 2021, 13:52 Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab 22 Yanvar 2021, 13:50