Modern.az

Azərbaycanda daha 349 nəfər yoluxdu - 12 nəfər öldü

Azərbaycanda daha 349 nəfər yoluxdu - 12 nəfər öldü

Hadisə

15 Yanvar 2021, 17:02

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 226549 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 213773 nəfər müalicə olunaraq sağalıb, 2983 nəfər vəfat edib, aktiv xəstə sayı 9793 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7231 hazırkı dövrədək isə 2302843test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı