Modern.az

“YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI

“YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI

Aktual

22 Yanvar 2021, 15:44

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 27 milyon manatı ötüb.

 

Modern.az-ın xəbərinə görə, Fonda toplanan vəsait 27 476 577.35 manatdır. Həmin vəsaitdən 16 400 866.8 manatı fiziki şəxslər, 11 075 710.55 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

 

Fonda daxil olan vəsaitin 1 468 655.53 manatı xərclənib. Vəsaitin qalığı isə 26 007 921.82 manatdır. 

 

Qeyd edək ki, “YAŞAT" Fondu Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərman əsasında yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?