Arxiv
22 Yanvar 2021, 15:55 | AKTUAL
Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır”

“Avropada yaşayıb, Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan Sülh və Demokratiya İnstutunun direktoru Leyla Yunus yenə də öz ampluasındadır. Bu dəfə o, 146 nəfərlik siyahını Avropa institutlarına təqdim edib. Demək istəyirəm ki, Avropada olub, burada baş verən prosesləri necə görür, hansı məhbusun ailəsi ilə görüşüb, nəyə görə bu qənaətə gəlib, təbii ki, bunlar hamısı insanlarda suallar doğurur”. Bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə  deyib.

 

“ Bu insan həmişə mətbuatda gedən informasiyaları toplayıb, məhbus siyahısı hazırlamaqla məşğul olub. Azərbaycanda hər hansı bir məhbusun tutulması ilə bağlı müxtəlif fikirlər ola bilər və belə hallarda hüquq müdafiəçilərinə olunan müraciətlər əsasında ittiham aktları, məhkəmə hökmləri, saxlanma protokolları ilə tanış olub və bunun nə qədər qanuni və hüquqi olduğunu aydınlaşdırırıq. Bununla  bağlı Azərbaycanda artıq formalaşmış məhbus problemləri ilə bağlı yaradılan “İşçi Qrupu”nda müəyyən müzakirələr aparırıq, kimin və nəyin haklı olduğu yerindəcə müzakirə olunur. Amma, Leyla Yunus kimi adamlar xaricdən qrantlar almaq məqədi ilə bu cür siyahılar hazırlamaq, avropalı qohum-əqrəbalarının, tanışlarının yanında hörmət, nüfuz qazanmaq və pul qoparmaq xatirinə belə qərəzli siyahılar hazırlamaqla əslində həm pul qazanırlar, həm də Azərbaycanın imicinə zərər vururlar”.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, belə qüvvələr heç də ermənilərdən geri qalmır:

 

“Erməni təxribatları vaxtı, istər 2020-ci ilin iyul hadisələrində, istər digər sahələrdə ermənilərin törətdiyi təxribatlar eyni zamanda Vətən müharibəsi dövründə erməni vəhşilikləri ilə bağlı bir cümlə belə görmədim. Bu bir daha onu deməyə əsas verir ki, bunlar Azərbaycana düşmən kəsilən və heç də ermənilərdən geri qalmayan qüvvələrdir. Onların məqsədləri Azərbaycanın indiki siyasi hakimiyyətini gözdən salmaqdır. Müəyyən lahiyələri bu ad altında reallaşdırmaqla qərbdən, şərqdən müəyyən qrantlar əldə edib, pul qazanmaqdır. Belə hesab edirəm ki, bu cür adamların qaldırdığı məsələlərə, tərtib etdiyi siyahılara o qədər də əhəmiyyət verməyə ehtiyac yoxdur. Çünki, artıq Avropada Leyla Yunus və onun kimilərini yaxşı tanıyırlar”.

 

Fidan İLQARQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ciddi xəstəliyin xəbərçisi olan “zərərsiz” əlamət açıqlandı 7 mart 2021, 12:34 Marketin damı qaz xəttinin üstünə aşdı, 600 abonent qazsız qaldı 7 mart 2021, 12:23 “YAP-la bağlı adama nə qədər sual verərlər…” - Eldar Sabiroğlu partiyada qalır? 7 mart 2021, 12:17 Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi 7 mart 2021, 12:15 Xərçəngin qənimi: Pomidor, brokkoli və zəncəfil... 7 mart 2021, 12:12 Gəncədə ər və arvad dəm qazından zəhərləndi 7 mart 2021, 12:05 Avstriyanın səhiyyə nazirindən “pandemiyada pandemiya” xəbərdarlığı 7 mart 2021, 11:58 Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı 7 mart 2021, 11:49 Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi 7 mart 2021, 11:44 Güclü külək məktəbin dam örtüyünü uçurdu 7 mart 2021, 11:38 İTBAŞI (18-ci bölüm) 7 mart 2021, 11:34 Ermənistan virusun cəngində: yoluxma artdı 7 mart 2021, 11:18 Şirvan xanlığının TARİXİ 7 mart 2021, 11:14 Gürcüstanda  koronavirusdan ölənlərin sayı artdı 7 mart 2021, 11:08 Azərbaycanlı səfir haqqında yayılan xəbərə sərt reaksiya verdi: “Satqın və yaramaz jurnalistlər...”  7 mart 2021, 10:51 Xocalının ən yaşlı sakini: “Şükür Allaha, bu qələbəni görməyi mənə nəsib etdi” - MÜSAHİBƏ 7 mart 2021, 10:50 İsveçrədə hicab qadağası ilə bağlı referendum keçirilir 7 mart 2021, 10:47 Məmur olmaq istəyənlər imtahan verir 7 mart 2021, 10:39 Türkiyənin təhlükəsizlik qüvvələrindən 2 milyon dollarlıq PKK əməliyyatı 7 mart 2021, 10:28 Gürcüstanda 14 yaşlı uşağa təcavüz edən daha bir nəfər saxlanıldı 7 mart 2021, 10:20 "Taliban" 7 əfqan hərbçisini qətlə yetirdi 7 mart 2021, 10:10 Füzulinin Qarakollu kəndindən VİDEO 7 mart 2021, 10:00 Şəmkirin DYP rəisi vəzifəsindən azad edildi 7 mart 2021, 09:51 Bakıda bədbəxt hadisə: işçinin qolu amputasiya olundu 7 mart 2021, 09:45 BMT-nin Baş katibi Moqadişodakı teraktı pislədi 7 mart 2021, 09:38 Bakı sakini evində bıçaqlandı 7 mart 2021, 09:28 Sərnişin stüardessaya hücum çəkdi - təyyarə məcburi eniş etdi 7 mart 2021, 09:20 Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə peyvəndə dair sənəd qəbul etdi 7 mart 2021, 09:12 ABŞ-da üç günahsız məhbus 20 ildən sonra sərbəst buraxıldı 7 mart 2021, 09:05 Şagirdlər üçün buraxılış imtahanı keçirilir 7 mart 2021, 08:59 Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırdı 7 mart 2021, 08:51 "Barselona" səfərdə qələbə qazandı 7 mart 2021, 02:01 Fransada polislə toqquşmalar 7 mart 2021, 01:00 Avropa rus qazının alışını artırır 7 mart 2021, 00:49 Cənubi Amerika zonasının oyunları təxirə salındı - DÇ-2022 7 mart 2021, 00:35