Modern.az

2027-ci il yeni Şuşanın dünyaya təqdim ili olsun!” - Erməni sərsəmləmələrinə son zərbə

“2027-ci il yeni Şuşanın dünyaya təqdim ili olsun!” - Erməni sərsəmləmələrinə son zərbə

22 Yanvar 2021, 17:38

“Şübhəli erməni mənbələrini bir kənara buraxsaq, əksər tarixi qaynaqlarda Şuşanın əsasının qoyulması 1750-1752-ci illərə aid edilir”.

Modern.az-ın məlumatına görə, bunu tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib.

O qeyd edib ki, "İslam ansiklopedisi", "Britannica" və s. mötəbər nəşrlər, eləcə də XIX əsrə dair tarixi məxəzlər Şuşanın əsasının qoyulması ilə bağlı 1752-ci ilə daha çox üstünlük verir.

“İstənilən halda, 2025-2027-ci illərdə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın bina edilməsinin 275 illiyi tamam olur. Şuşanı hələ də tarixi erməni şəhəri, erməni mədəniyyətinin beşiyi sayanların sərsəmləmələrinə son zərbə endirmək, Qarabağa haqqımızı və sevgimizi dünyaya göstərmək üçün qarşıdan gələn illərdə işğalçıların dağıtdıqlarını, saxtalaşdırdıqlarını əslinə uyğun bərpa etməklə bir sırada öz simasını, mənəvi atmosferini qoruyub saxlamaqla yenidən Qarabağın incisinə çevriləcək bir şəhər qurmaq lazımdır. Qoy 2027-ci il yeni Şuşanın dünyaya təqdim ili olsun!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir